/ / TƏBİB yazı müsabiqəsi elan edir

TƏBİB yazı müsabiqəsi elan edir

21 536 Baxış

TƏBİB yazı müsabiqəsi elan edir
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) pandemiya ilə mübarizə dövründə vətəndaşlara xidmət göstərən insanları ictimaiyyətə tanıtmaq üçün "Günün Qəhrəmanları" yazı müsabiqəsinə start verib.

TƏBİB-dən verilən məlumata görə, müsabiqə bu dövrdə müxtəlif sahələrdə çalışıb həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək.

Ən yaxşı 3 hekayənin müəlliflərinə Samsung S10+, Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı hədiyyə olunacaq.

Daha 3 həvəsləndirici yerin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı təqdim olunacaq.
Şərtlər:
1. Yazılar real hekayələrə əsaslanmalı və müəllif haqqında danışılan şəxsdən yayımla bağlı razılıq almalıdır. Məqaləyə şəxsin razılığı əsasında foto və videolar da əlavə edilə bilər.
2. Jurnalistlər yazılarını Nar və TƏBİB-in birgə keçirdiyi müsabiqə çərçivəsində hazırlandığını qeyd edərək mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər media@azerfon.az elektron ünvanına göndərməlidirlər.
3. Sosial media istifadəçiləri də yazılarını Word faylına yerləşdirib media@azerfon.az elektron ünvanına göndərməlidirlər. Bundan başqa müsabiqənin həştaqını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər.
Həştaqlar: #GününQəhrəmanları #Nar #TƏBİB
Qeydlər:
- Qaliblər münsiflərimiz tərəfindən müəyyənləşəcək;
- Müsabiqədə həm jurnalistlər, həm də sosial media istifadəçiləri iştirak edə bilər;
- Qoşulmaq üçün son tarix 10 avqustdur.

FOTO / VİDEO
VİDEO