/ / 14 milyondan çox maska ehtiyatımız var - Əli Əsədov

14 milyondan çox maska ehtiyatımız var - Əli Əsədov

190 Baxış

14 milyondan çox maska ehtiyatımız var -

“Ümumdünya Səhiyyə Təşkilatı və epidemioloqların ümumi rəyinə görə, bu xəstəlikdən qorunmaq üçün tibbi maskalar vacibdir”.

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Baş Nazir Əli Əsədov deyib.

“Qısa müddət ərzində 50 milyondan artıq maska Azərbaycana idxal olunub. Sizin tapşırığınızla operativ görülmüş işlər nəticəsində yerli istehsal təşkil olunub və nəticədə 10 milyona qədər maska istehsal edilib. Bu gün Azərbaycanda 14 milyondan artıq maska var və yerli istehsal davam edir”, - deyə o, qeyd edib.

FOTO / VİDEO
VİDEO