/ / Kubalı 115 həkim Azərbaycana gəlib

Kubalı 115 həkim Azərbaycana gəlib

114 Baxış

Kubalı 115 həkim Azərbaycana gəlib

Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq, yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycandadır.

COVID-19 sahəsində çalışan 115 kubalı tibb mütəxəssisi infeksiyanın geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində ölkəmizə gəliblər.

Kubalı 115 həkim Azərbaycana gəlib

Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo Azərbaycan və Kuba arasındakı münasibətlərin inkişafını qeyd edib. O bildirib ki, indiki zamanda Kuba özünə doğma hesab etdiyi Azərbaycana dəstəyini əsirgəmir. Bu səbəbdən Kubadan Azərbaycana böyük tibb personalı gəlib. Bu addım, eyni zamanda, həmrəyliyin göstəricisidir.

Kubalı 115 həkim Azərbaycana gəlib

Kubadan gələn həkim briqadasının rəhbəri Deysi Torres Avela vurğulayıb ki, briqada pandemiyaya qarşı mübarizədə Kubanın təcrübəsini bölüşəcək. O, həmçinin əlavə edib ki, Azərbaycana reallaşan bu səfər humanizmin göstəricisidir. Vurğulayıb ki, kubalı tibb işçiləri azərbaycanlı həmkarları ilə birgə COVID-19-a qarşı birgə mübarizə aparacaqlar.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Ramin Ağayev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın dəvəti ilə Kuba Respublikasının tibb işçilərindən ibarət böyük heyət Azərbaycanda pandemiyaya qarşı tədbirlərə cəlb olunublar. Bu heyət 3 ay müddətində Azərbaycanda olacaq.

Kubalı 115 həkim Azərbaycana gəlib

Qeyd edək ki, ümumilikdə, Kubanın tibb mütəxəssisləri dünyanın 20-dən çox ölkəsində pandemiya ilə mübarizəyə dəstək göstərir.

Məlumat üçün bildirək ki, ötən gün Rusiyadan 22 tibb işçisi də Azərbaycana gəlib.

Qeyd edək ki, bundan əvvəl Türkiyədən 19 həkim heyəti REACT layihəsi çərçivəsində Bakıya gəlmişdi.

FOTO / VİDEO
VİDEO