/ / Buster dozasının əhəmiyyəti

Buster dozasının əhəmiyyəti

97 Baxış

Buster dozasının əhəmiyyəti

Koronavirusla mübarizədə vətəndaş məsuliyyəti böyük əhəmiyyət kəsb edir. İstər yaxın, istərsə də uzaq çevrəmizdən qorunmaq və qorumaq üçün profilaktik tədbirlərin görülməsi, həmçinin gigiyenik qaydalara riayət etdilməsi lazımi xarakter daşıyır. COVID-19 virusuna qarşı təsdiq edilən 4 peyvənd növü var ki, hər biri Avropa Dərman Peraparatları Agentliyi tərəfindən elmi cəhətdən sınaqdan keçirilmiş və təhlükəsizlik standartlarına cavab verdiyi təsdiq edilmişdir. Peyvənd yaş həddi 18-dən yuxarı olar bütün vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Statistikaya əsasən demək olar ki, 2 milyondan artıq əhali vaksinasiya olunub. Bu isə öz növbəsində virusun kəskin şəkildə yayılmasının qarşısını alır.

Vaksin immunitet sistemini gücləndirmək üçün müəyyən infeksiyalara qarşı daha effektiv mübarizə aparmağa kömək edir. Artıq orqanizm bakteriya və ya virusla rastlaşdıqda necə mübarizə aparacağını bilmiş olur.

Əhali üzrə yaş kateqoriyasına nəzər yetirsək, yaranan bu virusun daha çox yaşlı nəsildə əks təsirini görə bilərik. Bəs sual oluna bilər ki, gənc nəslin COVID -19 virusuna yoluxması qaçınılmazdırmı? Gənc nəsildə immunitet sisteminin yaşlı nəsilə nisbətən daha güclü olmasını nəzərə alarsaq, bu zaman yoluxan hər hansısa bir gəncin bu xəstəliyi keçirməsi təbii ki, yaşlı nəsilə nisbətdə dəfələrlə yüngül formada ola bilər. Ancaq gənc nəsil bu xəstəliyi yüngül və simptomsuz keçirməsinə baxmayaraq daşıyıcı hesab edilir. Bu da aydın məsələdir ki, onların kütləvi kollektivdə olmaları həmin insanları təhlükə altında qoyur. Bunun üçün isə daha məsuliyyətli və diqqətli davranmaq ən vacib nüansdır.

Dünya üzrə aparılan müşahidələrə görə COVID-19 virusunun yarana bilən yeni ştammına qarşı mübarizədə peyvəndin əvvəlkindən daha güclü növünün tətbiq edilməsi zəruri hal yaradır. Araşdırılmalara görə peyvəndin virusdan qoruma səviyyəsi minimuma endikdə yoluxma ilə yenidən üzləşə bilmə ehtimalımız qaçınılmaz hal almış olur. “Buster” (qüvvətləndirici) dozası isə immunitet sistemini yenidən gücləndirməyi və peyvəndin effektivliyini artırmağı qarşıya məqsəd olaraq qoyur. Bəs üçüncü doza vaksin kimlərə şamil edilə bilər? Daha çox risk qrupuna daxil olan yaşı 50-dən yuxarı olan, tibb işçiləri, xroniki xəstəlikləri olan şəxslər üçün nəzərdə tutulur.

Daha çox düşünülən məsələlərdən biri də vaksinasiya nəticəsində müxtəlif fəsadların olması ehtimalıdır. Lakin nəzər yetirsək görə bilərik ki, xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin bu virusa qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Yəni bu kimi xəstəlikləri olan şəxslər vaksinasiyası olunduqdan sonra heçbir ciddi problem ilə üzləşməyiblər.

Statistikaya nəzər salsaq artıq yeni vaksinasiya olunmanın zəruriliyini görə bilərik. Demək olar ki, müxtəlif xarici ölkələrdə buster dozasının vurulmasına başlanılmış və bu proses bizdə də ən yaxın zaman çərçivəsində tətbiq edilməlidir.

Beynəlxalq təcrübəyə nəzər yetirdikdə isə buster dozasının immuniteti öncəki dozalardan üç dəfə artıq gücləndirdiyi müşahidə olunub. Məlumatlara əsasən, buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətli xarakter daşıyır. Bu profilaktik tədbirlər nəticəsində isə yoluxma və ölümlərin azalmasını təmin edə bilərik.



Adilə Həsənova
Turizm sənayesinin təşkili və ekologiya kafedrasının assistenti

FOTO / VİDEO
VİDEO