/ / Zəfər yolu: 4-dən 8-ə… - GÜLNAR FAZİLQIZI

Zəfər yolu: 4-dən 8-ə… - GÜLNAR FAZİLQIZI

122 Baxış

Zəfər yolu: 4-dən 8-ə… -

“4 gün çəkmişdi Aprel döyüşləri və 40 dəqiqəyə azad edilmişdi Lələ təpə, deyilənə görə... Lələ təpə Qarabağa yol oldu! Azərbaycan ordusu 4 il sonra 44 günə Vətənə çatdı və şəhid qanına boyanmış Zəfər sancağını Qarabağın qəlbinə sancdı!”.


Tarixə 4 günlük müharibə kimi düşən “Aprel döyüşləri”nin növbəti ildönümündə bu paylaşımı edərkən, diqqətimi bir nüans çəkmişdi: Zəfər tarixinə nəzər saldıqda 4 və 8 rəqəmlərinin qəribə ahəngini görmək mümkündür.

Yuxarıda da qeyd edildiyi kimi, sözün həqiqi mənasında Qarabağa yol olan “Aprel döyüşləri” 2016-ci ilin 4-cü ayında baş vermiş və 4 gün davam etmişdi. “4 günlük müharibə”dən 4 il sonra Azərbaycan xalqı Vətən uğrunda haqq savaşına qalxdı.

Ümumilikdə 44 gün davam edən Vətən müharibəsi zamanı azad edilən ilk rayon mərkəzi Cəbrayıl şəhəri oldu. Cəbrayıl şəhəri müharibənin 8-ci günü, yəni 2020-ci il oktyabr ayının 4-də azadlığına qovuşdu. Zəfərin nidası olan Şuşa şəhərinin işğaldan azad edilmə günü isə 8 noyabr 2020-ci il kimi tarixə düşdü.

Bir az daha irəli gedəsi olsaq və “2020-ci il”dəki 2-ləri cəmləsək 4, Vətən müharibəsinin davam etdiyi “44 gün”dəki 4-ləri cəmləsək isə 8 rəqəmini əldə etmiş olarıq. Bir nüansa daha diqqət çəkim: söz olaraq baxsaq - Cəbrayıl 8, Şuşa isə 4 hərfdən ibarətdir.

Bu rəqəmlərin numerologiyada hanı mənaları daşıdıqlarını təhlil etməyəcəm, çünki (təəssüf ki) maraqlandığım bir sahə deyil. Lakin "Qələbə müjdəsi"ni Vətən müharibəsindən iki gün əvvəl almış biri kimi, inandığım və əmin olduğudum budur ki, fövqəltəbii bir nizama tabe olan bu kainatda təsadüflərə yer yoxdur...

FOTO / VİDEO
VİDEO