/ / Ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır - GÜLNAR FAZİLQIZI

Ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır - GÜLNAR FAZİLQIZI

124 Baxış

Ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır -

Son günlər Azərbaycan-Ermənistan sərhəddində baş verənləri hər birimiz çox böyük narahatlıqla izlədik. Bir çoxumuz nəyin niyə baş verdiyini anlamağa çalışdıq və çalışırıq. Müxtəlif fikirlər səsləndirildi, fərziyələr irəli sürüldü, təhlillər aparıldı (“Zəngəzur dəhlizi”nin açılması, sərhədlərin demilitasiyası, sülhə məcburetmə və s.).

Nə baş verdi?


Müdafiə Nazirliyinin ilk saatlarda verdiyi açıqlamada qeyd olunurdu: “Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib”.

Yenə Müdafiə Nazirliyinin sözügedən açıqlamasına istinadən: “Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görüldü”.

Hazırda əldə olan qeyri-rəsmi məlumata görə, Ermənistan silahlı qüvvələrinin ümumilikdə 53 döyüş mövqeyi, 14500-dən çox döyüş sursatı, 2 minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəklikləri nəzarətə götürüldü, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd “S-300” və 2 ədəd “S-125” divizionlarının start mövqeləri darmadağın edildi. Düşmənin 450 nəfər canlı qüvvəsinin də məhv edildiyi bildirilir.

Pafosdan kənar: təxribatın qarşısı alındı, şəhidlərimizin qanı yerdə qalmadı!

İki yüz ildən artıqdır ki, ermənilər azərbaycanlılara qarşı qırğınlar törədir, ərazi iddiaları irəli sürürlər. 1905-1907, 1914-1916, 1918-1920, 1948-1953 və 1988-ci ildən bəri baş verən hadisələr deyilənlərin əyani sübutudur. Bu bir reallıqdır ki, Ermənistan öz məkirli siyasətindən əl çəkib, sülhə imza atmayana qədər bu tip təxribat və hərbi hücumlar davam edəcək.

Heç kimə sirr deyil ki, “bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir”. Bu gün Azərbaycan regionun aparıcı siyasi və iqtisadi gücünə çevrilməklə, Cənubi Qafqazın lider dövləti olaraq əmin addımlarla irəliləyir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər.

Lakin, Ermənistanın Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Təxribatların təkrarlanması isə yeni müharibə ehtimalını artırır. Bu səbəbdən də ölkəmizdə yaşanan milli həmrəylik mühiti strateji resurs kimi qorunmalıdır. Unutmamalıyıq ki, dədə-babalarımızdan bizə “miras qalan” bu münaqişə bugünümüzdə öz həllini tapmasa, “bizim günümüz bizdən sonrakılara borc olacaq”.

FOTO / VİDEO
VİDEO