/ / Niyazi Bayramovun “qılıncı” müəllifin “qələmini” itiləmiş olsa idi... - GÜLNAR FAZİLQIZI

Niyazi Bayramovun “qılıncı” müəllifin “qələmini” itiləmiş olsa idi... - GÜLNAR FAZİLQIZI

700 Baxış

Niyazi Bayramovun “qılıncı” müəllifin “qələmini” itiləmiş olsa idi... -

Məqalənin başlığı elə idi ki, ötüb keçə bilmədim. Düz oxuduğuma əmin olmaq üçün iki, düz anlamaq üçün isə əlavə olaraq bir dəfə də oxudum. Sadəcə başlığı oxuyaraq məsələnin mahiyyətinə vara bilməyəcəyimə əmin olduqdan sonra müəllifin qələmi ilə daha yaxından tanış olmaq qərarına gəldim. Qeyd edim ki, indi sözünü açacağım məqalə Bizimyol.info saytında dərc edilib.

“Gəncədə kim ağzını açıb danışırsa, Niyazi Bayramovun "qılıncı" başının üzərində görünür”.

Yazısına bu cür başlıq seçən müəllif yaman gileyli başlayıb söhbətə: “Gəncə bir zamanlar sevimli şəhər idi. Xan bağını gəzmək xüsusi zövq verirdi. Gəncədə olduğum zaman bütün problemlərimi unudurdum. Elə buna görə də hər dəfə canımı nəsə sıxanda Gəncəyə üz tuturdum. Nizaminin məqbərəsini gəzib, İmamzadəyə baş çəkirdim. Sonra da mehmanxanaların birində qalıb, sabahı Bakıya qayıdırdım, ta ki...”

Allah Üzeyir Hacıbəyova rəhmət eləsin, burada “O olmasın, bu olsun” filmində Rüstəm bəyin Məşədi İbada dediyi tərif yadıma düşdü (Mən gözümün ağı-qarası olan bircə qızımı, bax, bu kişiyə ərə verirəm (kişiyə yox, kişinin puluna) və bu qohumluğu özüm üçün (pul dağarcığı hesab edirəm) böyük bir şərəf hesab edirəm), amma bu barədə birazdan, hələ ki, mövzudan kənarlaşmayaq.

Təbiidir ki, o “ta ki...”nin “ki”sini anlamaq üçün oxumağa davam etdim.

Müəllif son dəfə Gəncəyə 3-4 ay əvvəl gəldiyini deyərək, əlavə edir: “2020-ci ildəki Qarabağ müharibəsi dönəmində Gəncə də zərər görən şəhərlərdən oldu. Müharibənin izi qalmış küçələr Gəncəni bir qədər də kədərli edib”. Bu cür “təsirli” sözlər seçərək, müəllif bəlkə də oxucusunun ürəyinə toxunmaq istəyib, amma bir məsələni unudur. Onun kədər gördüyü yerdə, biz qürur, cəsarət və mərdlik görürük. Bir də ki, müharibənin izi qalmış küçələr dedikdə, görən haranı nəzərdə tutur? Prezident İlham Əliyevin təməlini qoyduğu “Gəncə Memorial Kompleksini”mi?

Məqalə çeynənməkdən çürümüş mövzularla davam edir. “Ağac qalmaqalı”, şəhid anasının “intiharı” və s.

Ağacların prezident gələndən gələnə üzə çıxarıldığı kimi, absurd bir fikir səsləndirən müəllif, şəhid anası Vüsalə Məmmədovanın “intihar” səbəbinin əslində ticarət köşkü olduğunu, raket zərbəsindən zərər görən Vüsalə Əliyevanın tək diş implantasiyası üçün icra hakimiyyətindən 20 min manat vəsait tələb etdiyini, tibb müəssisələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində olmadığını, şəhid ailələrinə göstərilən diqqət və qayğını niyəsə göz və sözardı edir.

Qayıdaq sözümün əvvəlindəki “O olmasın, bu olsun” məsələsinə. Sizcə də qeyd edilən “Elə buna görə də hər dəfə canımı nəsə sıxanda (...) Gəncəyə üz tuturdum” fikrində “hər dəfə pulum qurtaranda” əlavəsinin yeri görünmür? Görünür, müəllif sözünü etdiyi o “qılınc”la tanış olmayıb. Çünki, əgər Niyazi Bayramovun “qılıncı" müəllifin “qələmini" itiləmiş olsa idi, dərc edilən məqalənin mövzusu tamam başqa olardı.

Hə, bir də. Hörmətli müəllif, nə vaxtsa yenidən Gəncəyə gələsi olsaz, Şəhidər xiyabanının yanından keçməyin. Zəhmət çəkib, ziyarət edin!

FOTO / VİDEO
VİDEO