/ / Hədəfə çevrilsə də, hədəfdən yayınmayan şəhər... - GÜLNAR FAZİLQIZI

Hədəfə çevrilsə də, hədəfdən yayınmayan şəhər... - GÜLNAR FAZİLQIZI

5 055 Baxış

Hədəfə çevrilsə də, hədəfdən yayınmayan şəhər... -

“Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı”.
Məmməd Araz

“Türk-müsəlman Şərqində qədimdən formalaşmış ümumi rəyə görə, üç şəhərdə doğulan oğlan uşaqları əli qılınclı, yəni qəhrəman doğulur. Bu şəhərlərdən biri Gəncədir”.
Akademik Ziya Bünyadov


Hədəfə çevrilsə də, hədəfdən yayınmayan şəhər... -
Müəllif: foto-müxbir Valeri Şarifulin (“TASS” xəbər agentliyi). Gəncə. 365 gün əvvəl...


Onlar vətəni olmayan daşlar, biz Vətən daşları! Biz bu yurdun əli qılınclı vətəndaşları!

Tarixin nə qədər qanlı-qadalı hadisələrinə şahidlik etmişdi bu şəhər? Nə qədər ağrılı-acılı günlər yaşamışdı? Bu şəhərdə tarix yazılmamışdımı? Bu şəhəri tarix yazmamışdımı?

Onlar nifrətlərini qusdular, biz intiqam doğduq. O torpaqların hər qarışında can qoyduq. Vurulduq. Hər zərbədə bir az daha kənətləndik, möhkəmləndik, gücləndik. Poladsayağı, döyüldükcə bərkidik!

Hədəfə çevrilsək də, hədəfdən yayınmadıq. Başımızın üstünü qara buludlar alanda zəfər sancağımın mavisinə sığındıq. Şəhidimin qanı ilə allandı bayrağımın qırmızısı. Biz haqqa inandıq. Haqq üçün savaşdıq. Haqqımız olanı döyüş meydanında aldıq!

Xalqımın qanayan yarası idi Qarabağ, yavaş-yavaş sağalır. 44 günlük Vətən müharibəsinin izlərini isə bu xalq hər zaman daşıyacaq!..

04.10.2021
“Zəfər gündəliyi”ndən bir hissə...

FOTO / VİDEO
VİDEO