/ / Vətən oğulları - QUMRU CAMALQIZI

Vətən oğulları - QUMRU CAMALQIZI

419 Baxış

Vətən oğulları -

Məqaləyə bu cümlə ilə başlamaq istəyirəm: "Ən ülvi duyğudur Vətən sevgisi…".

Vətənpərvərlik, milli ruh, torpaq yanğısı, bir sözlə, vətən sevgisi analarımızın şirin, həzin laylalarından canımıza hopur.
Ən körpə vaxtımızdan bu sevgi bizimlə böyüyür.

Vətən yalnız üstündə gəzib, qayğısız ömür sürmək, sərvətlərinə, gözəlliyinə, dilbər guşələrinə baxıb qürrələnmək üçün yox, həm də uğruna can qoymaq, hər qarış torpağına böyük sevgi ilə yanaşmaq üçündür.

Biz vətənimizlə qürur duyduğumuz kimi, həm də onu dərin duyğularla sevməli və onun qarşısında onu qorumağı özümüzə borc bilməliyik.

Zaman ötdükcə bütün hadisələr tarixə çevrilir, lakin elə hadisələr var ki, həm tarixə, həm də yaddaşlarımıza yazılır.

Son vaxtlar ölkəmizin sərhədində baş verən hadisələr hər birimizə dərindən təsir etdi.

Düşmənin mərmilərinə tuş gələn igidlərimiz qəhramancasına torpaqlarımız uğrunda şəhid oldular. Xalqımızı hüznə qərq edən bu hadisə Azərbaycan xalqının necə həmrəy, necə birlik olduğunu bir daha isbat etdi.

Bütün xalq olaraq hər bir şəhid anasının qarşısında baş əyir, vətənimizə qəhraman oğullar yetişdirdikləri üçün fəxrlə qürur duyuruq.

Şəhidlərimizin qisası alınacaq, düşmən o günnən qorxsun!

Şəhidlər unudulmur… Biz bu dərdi, bu qəmi daim qəlbimizdə daşıyacağıq. Oğullarımızın qəhrəmanlığı Azərbaycan gəncləri üçün örnək olub və hər zaman da örnək olacaq.

Azadlığı, müstəqilliyi babalardan miras qalan torpağı uğrunda oğullarını şəhid verən xalqım, başını dik tut! Biz qəhrəman şəhidlərin xalqıyıq! Bu mənada Azərbaycan xalqının başını dik tutmağa mənəvi haqqı var.

Xalq şairi Bəxtiyar Vahabzadə şəhidləri belə vəsf etmişdir:
Qatil gülləsinə qurban gedərkən
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.

Vətən sevgisi idi onlara güc verən. Xalqının azad yaşaması üçün idi göstərdikləri bütün qəhramanlıqlar. Hər birinizi qürurla anır, hər birinizin ruhu qarşısında baş əyirik. Düşmənin vandalizmini dünyada nümayiş etdirəcəyimizə söz veririk! Ucaldığınız zirvədə rahat olun, xalqınız sizin qanınızı yerdə qoymayacaq.

FOTO / VİDEO
VİDEO