/ / Onlar səbrin sonu, zəfərə aparan yolun başlanğıcı oldular! - GÜLNAR FAZİLQIZI

Onlar səbrin sonu, zəfərə aparan yolun başlanğıcı oldular! - GÜLNAR FAZİLQIZI

62 Baxış

Onlar səbrin sonu, zəfərə aparan yolun başlanğıcı oldular! -

Onlar səbrin sonu, zəfərə aparan yolun başlanğıcı oldular!

Xatırlayırsınızsa, "Aprel döyüşləri" zamanı ölkənin hər yerində orduya dəstək aksiyaları keçirilir, yürüşlər təşkil olunur, "Xalqla ordu birdir!" mesajı verilirdi. Bəli, həmin vaxt xalq həqiqətən də orduya dəstək idi, amma "Tovuz döyüşləri"ndən sonra abu-hava tamam dəyişdi. "Aprel döyüşləri"ndə ordu üçün yürüş edən xalq, "Tovuz döyüşləri"ndən sonra artıq Qarabağ üçün ayaqda idi...

Həmin gün düşmən tərəfindən atılan mərmi 10 milyon qəlpəyə ayrılıb qəlblərimizə batdı, canımız yandı, ruhumuz alovlandı. Coşduq, daşdıq, sel olub Qarabağa axmaq istədik…

Həmin günlərdə yazdığım kiçik bir məqalədə bu fikirlər yer alırdı: "Əminik: o gün gələcək! Şəhidimin qanına boyanan bayrağım Qarabağın hər kəndində, hər şəhərində dalğalanacaq! İşğal altında olan torpaqların hər qarışı mütləq şəkildə zəfər sancağımın rənglərinə boyanacaq!".

Bu gün "Tovuz döyüşləri"ndən bir il ötür. Bu gün Qarabağ azaddır!

12.07.2021
"Zəfər gündəliyi"ndən bir hissə

FOTO / VİDEO
VİDEO