/ / İdmançılarımız dünyada qalib ölkənin üçrəngli bayrağını ucaldır, himnini səsləndirirlər - Ramil Orucov

İdmançılarımız dünyada qalib ölkənin üçrəngli bayrağını ucaldır, himnini səsləndirirlər - Ramil Orucov

71 Baxış

İdmançılarımız dünyada qalib ölkənin üçrəngli bayrağını ucaldır, himnini səsləndirirlər -

Bu gün Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə, platformalarda müzəffər qalib ölkənin təmsilçiləri kimi iştirak edir, böyük uğurlara imza atırlar. Bu uğur, ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi gənclər siyasətinin göstəricisidir.

Bu siyasətdən bəhrələnən Azərbaycan gəncləri idman tariximizə növbəti şanlı səhifə yazdılar. Gənc güləşçilərimiz Bolqarıstanda keçirilmiş Güləş üzrə VII Avropa Çempionatında ölkəmizi ləyaqətlə təmsil edərək, Vətənə 7-si qızıl olmaqla, 16 medalla döndülər. Ölkə Prezident cənab İlham Əliyev Bolqarıstandan böyük qələbə ilə qayıdan gənc güləşçilərimizlə görüşərkən bildirmişdir: Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz.

Dünyada həm də idman ölkəsi kimi tanınan Azərbaycanın inkişaf strategiyasına uyğun olaraq idman da dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi sürətlə inkişaf edir. Bu gün idmanda qazandığımız uğurlar idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının təzahürüdür. Məhz bunun üçün də hər bir sahədə olduğu kimi, Azərbaycanda idmanın tarixində də şərəfli səhifələr yazılıb, ölkəmizdə idman və olimpiya hərəkatının inkişafında böyük nailiyyətlər əldə edilib.

Azərbaycan idmançıları dəfələrlə beynəlxalq yarışların qalibləri olub, üçrəngli bayrağımızı ucaldıb, himnimizi səsləndiriblər. Dövlət Başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi “İdmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar…Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir”.

44 gün ərzində Azərbaycanı yenidən tanıyan, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik edən dünya növbəti dəfə ölkəmizin gənc idmançılarının beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil etmələrinə, qələbələrinə şahidlik etdi. Qitə və dünya miqyaslı turnirlərə ev sahibliyi edən, beynəlxalq idman aləmində mövqeyini möhkəmlədən, idman ölkəsi kimi özünü təsdiq edən Azərbaycan idmançıları hələ neçə-neçə bir-birindən mötəbər yarışlarda qalib gələcək, xalqımızı sevindirəclər.

FOTO / VİDEO
VİDEO