/ / Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib

Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib

135 Baxış

Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib

Bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 29 il ötür. Faciənin ildönümü ilə əlaqədar Gəncədə anım tədbiri və ağacəkmə aksiyası keçirilib.

Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib

Anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki Baş Konsulu Nikolas İaşvili, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər vəzifəli şəxlər iştirak ediblər. Onlar Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı “Yeni qəsəbə - 2”də ucaldılan “Xocalı” abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Xocalı sakinləri ilə görüşüb, onlara başsağlı verib.

Qeyd edək ki, “Xocalı” abidəsi şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, habelə şəhər sakinləri tərəfindən xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla gün ərzində ziyarət ediləcək.

Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib
Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib
Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib
Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib


Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib. Aksiyada şəhər rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər iştirak ediblər.

Aksiya çərçivəsində yerli iqlim şəraitinə uyğunlaşdırılmış ağac tingləri əkilib. Əkilən tinglərə aqrotexniki qulluq göstərilib, suvarılıb.

Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib
Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib
Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib
Gəncədə Xocalı qurbanlarının xatirəsinə 613 ağac əkilib

FOTO / VİDEO
VİDEO