/ / Gəncədə 50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a qarşı vaksinasiyası başlayıb

Gəncədə 50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a qarşı vaksinasiyası başlayıb

139 Baxış

Gəncədə  50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a  qarşı vaksinasiyası başlayıb

Gəncədə yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prossesi davam edir. İlkin olaraq tibbi işçiləri peyvənd olunublar. Hazırda isə 50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a qarşı vaksinasiyası aparılır. Sakinlər gün ərzində yaşadıqları əraziyə yaxın olan tibb məntəqəsinə gələrək, peyvənd olunurlar. Vaksinasiya prossesi könüllü şəkildə və növbəlilik əsasında həyata keçirilir.

Mütəxəssislər deyirlər ki, xəstəliyin geniş miqyasda yayıldığı bir vaxtda karantin rejimindən çıxmağın, normal həyata qayıtmağın yeganə vasitəsi vaksinasiyadır. Vaksiyasiya olunan tibb işçiləri, həmçinin 50, 65 yaş və daha yuxarı şəxslərdə heç bir mənfi əlamət və ya yan təsir hiss olunmayıb.

Qafqaz Müsəlmanlar İdarəsinin Qərb bölgəsi üzrə Qazisi Tahir Abbasov da peyvənd olunanlar sırasındadır. O da sakinləri peyvənd olmağa çağırır: “Ümumiyyətlə peyvəndlər son dərəcədə təhlükəsizdir. Peyvəndlər sayəsində milyonlarla insanın ölümünün və əlilliyinin qarşısı alınır. Mən də “COVİD-19”a qarşı peyvənd olundum. Özümü çox yaxşı hiss edirəm. Düşünürəm ki, həm özümüzün, həm yaxınlarımızın sağlamlığı üçün peyvənd olunmalıyıq”.

Xatırladaq ki, “COVID-19”-a qarşı vaksinasiya ilə əlaqədar olaraq Gəncədə 6 tibb məntəqəsi yaradılıb. 2, 5 və 6 saylı şəhər poliklinikalarında, habelə Gəncə Beynəlxalq Xəstəxanası, Yeni Gəncə Tibb Mərkəzi və Gəncə Mərkəzi Klinika Xəstəxanasında yerləşən tibb məntəqələrində xüsusi otaqlar hazırlanıb. Bu otaqlarda gün ərzində 100 nəfərin peyvənd edilməsi mümkündür.

Gəncədə  50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a  qarşı vaksinasiyası başlayıb
Gəncədə  50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a  qarşı vaksinasiyası başlayıb
Gəncədə  50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a  qarşı vaksinasiyası başlayıb
Gəncədə  50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a  qarşı vaksinasiyası başlayıb
Gəncədə  50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a  qarşı vaksinasiyası başlayıb
Gəncədə  50 yaş və daha yuxarı şəxslərin “COVID-19”-a  qarşı vaksinasiyası başlayıb

FOTO / VİDEO
VİDEO