/ / ÖLMƏZLƏR - şəhid futbolçu İlqar Burcəliyev

ÖLMƏZLƏR - şəhid futbolçu İlqar Burcəliyev

28 099 Baxış



Gəncə TV (Ganja TV) onlayn kanalında yeni layihə başlayıb. "Ölməzlər" adlı veriliş Vətən müharibəsində şəhid olanlara həsr edilib. İlk buraxılış "Kəpəz", "Zirə" futbol klublarında oynayan futbolçu İlqar Burcəliyevin döyüş və həyat yoluna həsr edilib. Şəhid olacağını öncədən duyan İlqar günlüyündə bu barədə qeyd də edib. Anası Elnurə Burcəliyeva deyir ki, son dəfə oğlu ilə görüşəndə bunun son görüş olacağını hiss edib. İndi şəhidin özü kimi futbolçu olan qardaşı Tamerlan onun adını formasında daşıyacaq. İlqar yenə yaşıl meydanlarda olacaq. Bu dəfə Tamerlan İlqar kimi. İlqar Burcəliyev 27 sentyabr 2020-ci ildə Talış yüksəkliyi uğrunda qəhrəmancasına şəhid olub.

FOTO / VİDEO
VİDEO