Gəncənin Nizami bələdiyyəsinin üzvləri Vətən müharibəsi qazilərini ziyarət ediblər
Gülnar Fazilqızı
17-12-2020 11:29
1 103 Baxış
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyyələrinə uyğun olaraq Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov və bələdiyyə üzvləri Vətən müharibəsi qaziləri və şəhid ailələrini ziyarət edirlər.
Onlar Qazi Xəyal Qurbanov, Qalib Əliyev və Tural Xanaliyevə baş çəkib, onlar və ailələrinin qayğıları ilə maraqlanıb, lazımı köməkliyin göstərilməsi üçün daim hazır olduqlarını bildiriblər.
Nizami bələdiyyəsi tərəfindən hər bir ailəyə xüsusi hazırlanmış sovqat qutuları çatdırılıb və maddi yardım göstərilib.
Qeyd edək ki, Gəncədəki şəhid və qazi ailələri daim diqqətdə saxlanılırlar. Şəhər rəbərinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq ziyarət və yardımlar davam etdiriləcək.