/ / Gəncədə könüllü gənclər təltif olunublar

Gəncədə könüllü gənclər təltif olunublar

239 Baxış

Gəncədə könüllü gənclər təltif olunublar

Bu gün 5 dekabr - Beynəlxalq Könüllülər Günüdür. Bu münasibətlə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi tərəfindən bir sıra könüllü gənclər təltif ediliblər.

Gənclər “2020-ci il - Könüllülər ili” müddətində aktiv könüllü fəaliyyətinə və Baş İdarə tərəfindən təşkil olunan tədbirlərdə fəal iştiraka görə təltif olunublar.

Diplomlar könüllü gənclərə Gəncə Gənclər Evində, COVİD 19 pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov tərəfindən təqdim edilib.

Gəncədə könüllü gənclər təltif olunublar

Gəncədə könüllü gənclər təltif olunublar

Gəncədə könüllü gənclər təltif olunublar


Qeyd edək ki, 17 dekabr 1985-ci il Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 40/212 saylı Qətnaməsi ilə 5 DEKABR Beynəlxalq Könüllülər Günü olaraq təsis edilib. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ölkəmizdə də ümummilli hərəkata çevrilib. Könüllülük Azərbaycanın hər bir bölgəsində ictimai həyatın müxtəlif sahələrinə yayılıb və cəmiyyətimizin bütün təbəqələrini əhatə edir, gənclərimizin həyat tərzinə çevrilib. Bunun nəticəsi olaraq Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ili “Könüllülər ili” elan edib.

FOTO / VİDEO
VİDEO