/ / Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb

129 Baxış

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi ilə görüşüb. Görüşdə Cüdo idman növünün və WKF Karate idman növünün Gəncə şəhərində inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. Həmçinin Həmid Nəsirov Yaponiyanın regionları ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclər və idman sahəsində təcrübə mübadiləsi proqramının genişləndirilməsinin müsbət təcrübə olacağını səfirin diqqətinə çatdırıb.

Bununla yanaşı, Baş İdarə rəisi Azərbaycan Ordusun 27 sentyabrda başladılan uğurlu əks-hücum əməliyyatlarından, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aparılan haqlı mübarizədən danşıb.

O bildirib ki, döyüş meydanında məğlub olan Erməni silahlı qüvvələri Respublikanın ikinci böyük şəhəri olan Gəncəni bir neçə dəfə raket atəşinə tutub, nəticədə dinc sakinlər həlak olub, xeyli insan yaralanıb.

H.Nəsirov Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bildirərək, hər bir gəncin Ali Baş Komandanın əmrinə hər an hazır olduğunu vurğulayıb.

Yaponiyanın səfiri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək Azərbaycan xalqının məğrur duruşuna heyran olduğunu vurğulayıb. O dinc əhaliyə qarşı törədilən hərbi cinayətləri pisləyib. Səfir Cuniçi ən yaxın zamanda regionlara səfəri çərçivəsində ilk olaraq Gəncə şəhərinə baş çəkməyi planlaşdırdığını qeyd etmişdir.

Baş İdarə rəisi Gəncə Gənclər Evinin istedadlı gəncləri tərəfindən qədim "Qarabağ xalçası"nın şüşə üzərində boya ilə çəkilmiş rəsmini xatirə hədiyyəsi olaraq səfirə təqdim edib.

FOTO / VİDEO
VİDEO