/ / ƏSGƏRƏ MƏKTUB - Gülnar Fazilqızı

ƏSGƏRƏ MƏKTUB - Gülnar Fazilqızı

26 390 Baxış

ƏSGƏRƏ MƏKTUB -

Əslində sözə başlamaq çətindir. Yazılası o qədər fikir, ifadə olunası o qədər hiss var ki... Bir az əvvəl Gəncə Zabitlər Evinin qarşısında idim. Gözümüzün, qulağımızın və ən əsası qəlbimizin cəbhədə olduğu bu günlərdə “Əsgərə məktub” layihəsini icra edirlər. Buradan keçənlər ayaq saxlayıb, maraqlanır, qələm və kağız götürüb əsgərə, yəni sənə, Vətən oğlu, öz ürək sözlərini yazırlar. İki günə 300-ə yaxın məktub yazılıb. Onlar arasında övladı, qardaşı, atası cəbhədə vuruşan da var, Vətən torpağına tapşırılan da. Sonuncular bəlkə də səni oğul bilib, qardaş bilib, ata bilib yazırlar.

Hər məktub bir ürəyin diqtəsi olsa da, arzu və istəklər eynidir. Sən də bu arzunu, bu istəyi çox gözəl bilirsən, Vətən oğlu! Bilirsən ki, ürəyimizin hər atışı: “Qarabağ!”, - deyir. Aldığımız hər nəfəsdə Qarabağ həsrəti var. Bu həsrətə son qoy, Vətən oğlu! Möhkəm dayan, məğrur dayan! Dayan sözünü də şərti deyirəm əslində. Sən də bilirsən ki, dayanmaq vaxtı deyil! İrəli, ancaq irəli! Attığın hər addımla, azad etdiyin hər postla, ayaq basdığın hər kəndlə Qarabağa yaxınlaş! İrəli, ancaq irəli! Ayağının Qarabağa dəyəcəyi günü səbirsizliklə gözləyirik! İrəli, ancaq irəli! Bil ki, ümid sənədir, Azərbaycan əsgəri! Qələbə bizimlədir!


Hörmətlə,
Gülnar Fazilqızı


ƏSGƏRƏ MƏKTUB -

ƏSGƏRƏ MƏKTUB -

ƏSGƏRƏ MƏKTUB -

ƏSGƏRƏ MƏKTUB -

ƏSGƏRƏ MƏKTUB -

FOTO / VİDEO
VİDEO