Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edən Qarabağ müharibəsi əlili evində ziyarət edilib
AZRNEWS
29-08-2020 13:17
1 198 Baxış
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, Parkinson xəstəliyindən əziyyət çəkən Ramil Ələsgərova dərman preparatları və ərzaq sovqatı təqdim olunub.
I qrup əlil Ramil Əsgərovun evində olan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov Niyazi Bayramovun salamlarını çatdırıb. Kamran Məhərrəmov bildirib ki, ölkədə Vətənin müstəqilliyi uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına olan qayğı yüksək səviyyədədir. Dövlət başçısının tapşırığına əsasən onların sosial problemləri daim diqqətdə saxlanılır.
Ramil Ələsgərovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, 1ci qrup Qarabağ müharibəsi əlili Ramil Ələsgərov 2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunub. Hazırda Yeni Gəncə 2-ci mikrorayonda Qarabağ əlilləri və şəhid ailələri üçün verilən binada yaşayır.