/ / Gəncədə Ələkbər Seyfinin xatirə-barelyef lövhəsi bərpa edilib

Gəncədə Ələkbər Seyfinin xatirə-barelyef lövhəsi bərpa edilib

100 Baxış

Gəncədə Ələkbər Seyfinin xatirə-barelyef lövhəsi bərpa edilib

Gəncədə Azərbaycanın Xalq artisti, Gəncə Dövlət Dram Teatrının inkişafında xüsusi xidmətləri olan Ələkbər Seyfinin xatirə-barelyef lövhəsi bərpa edilib. Barelyef şəhərdə aparılan abadlıq-quruculuq işləri zamanı yerləşdiyi binanın üzərindən götürülmüşdü. Bununla əlaqədar olaraq şəhər ziyalıları və teatr xadimləri Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramova və Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayevaya müraciət ediblər.

Gəncədə Ələkbər Seyfinin xatirə-barelyef lövhəsi bərpa edilib

Niyazi Bayramovun tapşırığına əsasən yeni xatirə-barelyefi hazırlanaraq Ələkbər Seyfinin Gəncə şəhəri, Heydər Əliyev prospekti 301-309 ünvanında yaşadığı binanın üzərinə vurulub.

Barelyef Gəncə Şəhər İcra Hakimiyyəti başıçının müavini Vəfa Abbasova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, teatrın əməkdaşı Anar Burcəliyev, habelə Ələkbər Seyfinin ailə üzvlərinin iştirakı ilə əvvəlki yerinə bərpa edilib.

Gəncədə Ələkbər Seyfinin xatirə-barelyef lövhəsi bərpa edilib

Vəfa Abbasova bildirib ki, Azərbaycan xalqı minilliklərdən bəri yaratdığı maddi və mənəvi mədəniyyət abidələri ilə milli irsimizi dünya mədəniyyəti incilərindən birinə çevirməyi bacarıb. Bu gün də əcdadlarımızdan bizə qalmış bu möhtəşəm mirasın dünyaya tanıdılması, gənc nəsilə ötürülməsi və inkişaf etdirilməsi Prezident İlham Əliyevin və Birinci Vitse prezident Mehriban xanım Əliyevanın əsas məqsədlərindən biridir.

Daha sonra tədbir iştirakçıları yenidən xatirə-baralyef lövhəsinin bərpa olunduğu üçün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova və Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, yeni baralyefin müəllifi heykəltəraş Zöhrab Şərifovdur.

FOTO / VİDEO
VİDEO