/ / Qədim Gəncə qalasının yerləşdiyi ərazidə abaqlıq işləri aparılacaq

Qədim Gəncə qalasının yerləşdiyi ərazidə abaqlıq işləri aparılacaq

1 118 Baxış

Qədim Gəncə qalasının yerləşdiyi ərazidə abaqlıq işləri aparılacaq

Qədim Gəncə qalası (və ya şəhər-qala) Gəncənin şimal-şərqində, şəhər mərkəzindən 5 km aralıda yerləşir. Şəhər-qalanın ərazisi üç qatlı qala divarları ilə əhatələnib. Qala divarlarının dəqiq inşa edilmə tarixi bilinmir. Məlumdur ki, Gəncə Şəddadilər dövlətinin paytaxtı olarkən (971-1088) qala divarları mövcud olub. 1063-cü ildə Əbüləsvar Şavurun sifarişi ilə usta İbrahim ibn Osman tərəfindən Qədim Gəncə qalası üçün qoşa qala qapıları hazırlanıb. 1139-cu ildə baş vermiş zəlzələ zamanı qala divarlarına ciddi ziyan dəysə də, sonradan onlar bərpa olunublar və 1235-ci ilə, yəni monqollar tərəfindən dağıdılanadək şəhəri müdafiə ediblər.

Qədim Gəncə qalasının yerləşdiyi ərazidə abaqlıq işləri aparılacaq

Sözügedən ərazidə 1890-cı ildən başlayaraq, müxtəlif vaxtlarda arxeoloji qazıntılar həyata keçirilib, tədqiqatlar aparılıb. 1988-cı ildə qədim Gəncənin ərazisi qoruq elan edilib. Məqsəd qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi və landşaftının qorunması, onun fərdi simasının saxlanması və bərpası olub.

Qədim Gəncə qalasının yerləşdiyi ərazidə abaqlıq işləri aparılacaq

IX əsrdə inşa edildiyi ehtimal olunan Comərd Qəssab türbəsi də bu ərazidə yerləşir.

Qədim Gəncə qalasının yerləşdiyi ərazidə abaqlıq işləri aparılacaqQədim Gəncə qalasının yerləşdiyi ərazidə abaqlıq işləri aparılacaqQədim Gəncə qalasının yerləşdiyi ərazidə abaqlıq işləri aparılacaq

Son günlər müxtəlif kütləvi informasiya vasitələrində qədim Gəncə qalasının yerləşdiyi ərazi və Comərd Qəssab türbəsinin ətrafının baxımsız vəziyyətdə olması ilə bağlı məlumatlar yer alıb. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən müvafiq araşdırmaların aparılması və mövcuf problemin dərhal aradan qaldırılması istiqamətində tapşırıqlar verilib.

Qədim Gəncə qalasının yerləşdiyi ərazidə abaqlıq işləri aparılacaq

Niyazi Bayramovun tapşırığı ilə Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Təsərrüfat işləri üzrə müavin səlahiyyətlərini icra edən Kamran Məhərrəmov, həmçinin şəhərin baş memarı vəzifəsini icra edən Elxan Məmmədov sözügedən ərazidə olub, buradakı mövcud vəziyyətlə yerində tanış olublar.

Qədim Gəncə qalasının yerləşdiyi ərazidə abaqlıq işləri aparılacaq

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev ərazidə yaşayan sakinlərlə görüşüb, şəhər rəhbərinin tapşırığına əsasən ərazidə təmizlik və abadlıq işlərinin aparılacağını diqqətə çatdırıb. O qeyd edib ki, Gəncəçay məcrasının tikinti tullantılarından təmizlənməsi və abadlaşdırılması barədə artıq müvafiq göstərişlər verilib. Həmçinin ərazinin qədim Gəncə abidələrinə xas olan memarlıq üslubunda hasarlanması məsələsi də gündəmdədir. Bununla əlaqədar olaraq razılaşdırılmış layihənin hazırlanması üçün şəhərin baş memarına müvafiq tapşırıqlar verilib.

Qədim Gəncə qalasının yerləşdiyi ərazidə abaqlıq işləri aparılacaq

Səməd Tomuyev sakinlərə ətraf mühitə qarşı diqqətli olmağı, abadlıq işlərindən sonra ərazinin təmiz saxlanılmasına xüsusi diqqətlə yanaşmalarını tövsiyyə edib.

Qədim Gəncə qalasının yerləşdiyi ərazidə abaqlıq işləri aparılacaq

Ümumilikdə isə ərazidə aparılacaq təmizlik və abadlıq işləri qədim Gəncə qalasının qorunub saxlanılması, tariximizin yaşadılması ilə yanaşı, turizmin inkişafına da töhfə verə bilər...

FOTO / VİDEO
VİDEO