/ / Gəncə Qala Qapıları - GƏNCƏ DAŞLARIN YADDAŞI

Gəncə Qala Qapıları - GƏNCƏ DAŞLARIN YADDAŞI

193 Baxış

GƏNCƏ QALA QAPILARI-ARXEOLOGIYA VƏ ETNOQRAFİYA MUZEYİ




Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılıb. Kompleks 2014-cü ildə fəaliyyətə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olub ki, yaradılmış abidə kompleksi şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beş mərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddi mərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılıb. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir.

FOTO / VİDEO
VİDEO