/ / Gəncədə “Erasmus PLUS və Beynəlxalq Könüllülük' mövzusunda onlayn tədbir keçirilib

Gəncədə “Erasmus PLUS və Beynəlxalq Könüllülük' mövzusunda onlayn tədbir keçirilib

1 051 Baxış

Gəncədə “Erasmus PLUS və Beynəlxalq Könüllülük' mövzusunda onlayn tədbir keçirilib

Gəncə Gənclər evi pandemiya dövründə öz fəaliyyətini onlayn olaraq davam etdirməkdədir. Həftəlik və aylıq tədbirlər planı çərçivəsində tədbirlər və dərslər həyata keçirilir, eyni zamanda onlayn olaraq gənclərlə görüşlər hazırlanır. Bu səpkidə görülən işlərdən biridə "Gəncə Gənclər Evi və LB Group" platformasının birgə təşkilatçılığı ilə keçirilən “Erasmus+ və Beynəlxalq Könüllülük" tədbiridir. Vebinar 2019-cu il Gənclər sahəsində xüsusi fəallığına görə Prezident Mükafatına layiq görülən Hüseynxan Hacızadə tərəfindən keçirilib.

Gəncədə “Erasmus PLUS və Beynəlxalq Könüllülük' mövzusunda onlayn tədbir keçirilib

Hüseynxan Hacızadə Vebinar zamanı işsizlik, beynəlxalq könüllülüyün gəncliyə qazandırdığı uğurlardan danışıb. Vebinarda EVS-Könüllülük proqramına qeyd, müraciət qaydaları, Gənclik mübadiləsi proqramları və Erasmus layihələri haqqında ətraflı məlumat verilib. Hüseynxan xaricdə könüllü olaraq iştirakın praktiki təcrübə qazandırması, motivasiya və özgüvənin inkişafında rolunun vacibliyini gələcəkdə karyera imkanlarında müsbət töhfə verməsindən söz açıb.

Gəncədə “Erasmus PLUS və Beynəlxalq Könüllülük' mövzusunda onlayn tədbir keçirilib

Görüşdə gənclərin sualları cavablandırılıb. Onlar növbəti günlərdə belə seminarların çox olmasını arzulayıblar. Qeyd edək ki, onlayn tədbirdə 140 nəfərdən artıq gənc iştirak edib.

FOTO / VİDEO
VİDEO