Gənclər evində fəaliyyət göstərən Teatr Klubunun üzvləri təltif ediliblər
Gülnar Fazilqızı
04-08-2020 11:12
1 082 Baxış
Gəncə Gənclər evi pandemiya dövründə öz fəaliyyətini onlayn olaraq davam etdirməkdədir. Həftəlik və aylıq tədbirlər planı çərçivəsində tədbirlər və dərslər həyata keçirilir, eyni zamanda onlayn olaraq gənclərlə görüşlər hazırlanır. Bildiyimiz kimi, Gəncə Gənclər Evində fəaliyyət göstərən Teatr Klubu "Ölməz Korifeylərimiz Gənclərin Gözü ilə" adlı onlayn yarış keçirib.
Bu günlərdə isə yarışın qalibləri münsiflər heyyəti tərəfindən müəyyən edilib və karantin rejiminin tələblərinə uyğun olaraq təltif olunublar. Yarışda birinci yerə Leyla Əsgərova, 2-ci yerə Sədaqət İsmayılova, 3-cü yerə isə Günel Zeynalova layiq olub.
Qeyd edək ki, münsiflır Gəncə Dövlət Kukla Teatrının quruluşçu rejissoru Şamil Məmmədli və Rəssamlar İttifaqının Üzvü Sona Məhərrəmova olub.