/ / İnformasiya müharibəsi şəraitində adekvat davranışın vacibliyi - Onlayn müzakirə

İnformasiya müharibəsi şəraitində adekvat davranışın vacibliyi - Onlayn müzakirə

1 121 Baxış

İnformasiya müharibəsi şəraitində adekvat davranışın vacibliyi -

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi, Gəncə Gənclər Evi və YAP Gəncə şəhər təşkilatının birgə təşkil etdiyi “İnformasiya müharibəsi şəraitində adekvat davranışın vacibliyi” mövzusunda Zoom proqramı vasitəsilə onlayn maarifləndirici tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatları Naqif Həmzəyev, Müşfiq Cəfərov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov çıxış edərək, gənclərlə fikir mübadiləsi aparmışlar. Məruzəçilər vətənpərvərlik mövzusunda və gənclərin döyüş əzmi mövzusunda öz fikirlərini gənclərlə bölüşmüş və ermənilərin informasiya müharibəsində alçaq təxribatlarının qarşısının alınmasında gənclərə öz tövsiyələrini vermişlər.

Həmçinin tədbirdə gənclər öz çıxışlarında Birinci vitse prezident Mehriban xanım Əliyevanın “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında” çağırışına qoşulduqlarını bildirmiş və ölkəmizin haqq yolunda apardığı mübarizədə daim gənc olaraq öz bilik və bacarıqlarndan istifadə edəcəklərini bildirmişlər.

FOTO / VİDEO
VİDEO