Şəhər rəsmiləri sərtlərşdirilmiş karantin rejimi ilə əlaqədar reyd keçiriblər
AZRNEWS
04-07-2020 16:22
1 172 Baxış
Gəncədə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.


Pandemiya ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə işləri çərçivəsində həyata keçirilən reyddə Gəncə Şəhər İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramil Orucov, Gəncədən olan Millət Vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini Oktay Süleymanlı, Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov və Gəncə şəhər Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev iştirak ediblər.
İstirahət günü olmasına baxmayaraq,rəsmilər Gəncənin müxtəlif ərazilərində, o cümlədən Hacıkənd qəsəbəsindəfəaliyyət göstərən iri ərzaq mağazaları və iaşə obyektlərinə baş çəkib, xüsusi karantin rejimi qaydalarına əməl olunmasını və sanitar-gigiyeniq normaların vəziyyətini araşdırıblar.
Reyd zamanı sözügedən məkanlarda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin tələbləri ilə bağlı maarifləndirici söhbətlər aparılıb, müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi, sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq formada tədbirlərin görüləcəyi bir daha xatırladılıb.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri tərəfindən reyd və maarifləndirmə tədbirləri mütəmadi şəkildə davam etdirilir.