/ / Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq! - onlayn konfrans

Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq! - onlayn konfrans

1 135 Baxış

Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq! -
26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə ələqadər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, eləcədə narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası məqsədi ilə “Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!” devizi altında onlayn maarifləndirici tədbir keçirilib.

Onlayn tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Rəşad Əlizadə, Gənclər Evi SXM-n direktoru Amil Qurbanov, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən Azər İbrahimov, Gəncə şəhər Narkoloji Dispanserinin baş həkimi Sahil İsmayılov və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsinin Regional şöbəsinin xüsusi mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Azər Əsgərov öz cıxışlarında narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışılıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs ediblər. Onlar qeyd ediblər ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub. Daha sonra gənclər öz fikirlərini bildiriblər.

Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq! -

Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq! -

Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq! -

FOTO / VİDEO
VİDEO