/ / Gəncədə aparılan genişmiqyaslı dezinfeksiya işləri davam etdirlir

Gəncədə aparılan genişmiqyaslı dezinfeksiya işləri davam etdirlir

1 070 Baxış

Gəncədə aparılan genişmiqyaslı dezinfeksiya işləri davam etdirlir

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Gəncədə tədbiq olunan 2 həftəlik sərt karantin rejimi nəzərə alınaraq, şəhərdə həyata keçirilən tibbi-profilaktiki tədbirlər daha da genişləndirilib.

Gəncədə aparılan genişmiqyaslı dezinfeksiya işləri davam etdirlirGəncədə aparılan genişmiqyaslı dezinfeksiya işləri davam etdirlir

Şəhərin mərkəzi hissəsində, o cümlədən qəsəbə və yaşayış massivlərində aparılan dezinfeksiya işləri davam edir. Yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən işlərə Gəncə Şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb olunublar. Gəncənin əsas küçə və prospektləri, o cümlədən “Gəncəçay” Park-bulvar kompleksi, Xan bağı, N.Nərimanov və M.Füzuli parklarının ərazisi xüsusi kimyəvi məhlulla yuyulublar.

Gəncədə aparılan genişmiqyaslı dezinfeksiya işləri davam etdirlirGəncədə aparılan genişmiqyaslı dezinfeksiya işləri davam etdirlir

Səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında da tibbi-profilaktiki işlər görülüb. Bununla yanaşı yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında da dezinfeksiyaedici tədbirlər həyata keçirilib.

Gəncədə aparılan genişmiqyaslı dezinfeksiya işləri davam etdirlirGəncədə aparılan genişmiqyaslı dezinfeksiya işləri davam etdirlir

Qeyd edək ki, dezinfeksiya işləri yeni növ koronavirus (COVID-19) infeksiyasının daha da genişlənməsinin qarşısının alınması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində aparılır və gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

FOTO / VİDEO
VİDEO