/ / 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan onlayn rəsm müsabiqəsi keçirilib

15 İyun – Milli Qurtuluş Gününə həsr olunan onlayn rəsm müsabiqəsi keçirilib

553 Baxış

15 İyun – Milli Qurtuluş Gününə həsr olunan onlayn rəsm müsabiqəsi keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "15 İyun – Milli Qurtuluş Günü" münasibəti ilə 26 may - 13 iyun 2020-ci il tarixlərində yeniyetmə və gənclər arasında onlayn rəsm müsabiqəsi elan edilib.

Müsabiqədə Gəncə şəhəri və digər regionlardan olan 39 istedadlı yeniyetmə və gənc iştirak edib.

Gənclər Evi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin də tərəfdaşlıq etdiyi müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsini gənclər arasında geniş təbliğ etmək, gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, istedadlı gənclərin üzə çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili olub.

14 iyun 2020-ci il tarixində münsiflər heyətinin rəyi açıqlanıb və müsabiqənin nəticələrini aşagıdakı kimi olub:

I yer - Rahimə Mahmudova (Gəncə)
II yer - Elmira Həsənova (Gəncə)
III yer - Abdulsəlimova Fatma (Gəncə UGİM)
IV həvəsləndirici yer - Leyla Abdullayeva (Gəncə Gənclər Evi)

Qaliblərə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və hədiyyələr, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunacaq.

FOTO / VİDEO
VİDEO