/ / Gəncədə abadlıq işləri davam edir

Gəncədə abadlıq işləri davam edir

23 966 Baxış

Gəncədə abadlıq işləri davam edir

Gəncədə aparılan abadlıq işləri davam etdirilir. Şəhərin park və xiyabanlarında mütəmadi təmzilik işləri aparılır, yaşıllıqlara qulluq göstərilir, yeni gül və dekorativ bitkilər əkilir.

Gəncə şəhər MKTİB-in mətbuat xidmətindən AzRNews.az saytına verilən məlumata görə, hazırda Gəncənin “Avropa” parkında kütləvi gül əkini işlərinə başlanılıb. Burada çoxillik və mövsümü bitkilər əkilir. Yeni gətirilən dekorativ kol və gül-çiçəklər parkın daha gözəl görkəm alması üçündür. Birkilərin düzgün əkilməsi və becərilməsi üçün Bakıdan dəvət olunan mütəxəssislərin köməyindən istifadə edilir. Əkilən müxtəlif ağac və kollar İtaliyadan, çiçəklər isə Hollandiyadan gətirilib. Burada ranunkulüs, primula, iliks gül bitkiləri, sidr və leylandra (limon ağacı) ağacları, nandina, lorofitalum, papatiya, andromeda, verbena çiçəkləri əkilir. Gül əkini işləri Gəncənin Nizami Gəncəvi prospekti və Yeni Gəncə yaşayış massivi yaxılığında da görülüb. Dairə və səkilərin daha yaxşı görkəm alması üçün bura bir neçə növ dekorativ gül-çiçək əkilib.

Eyni zamanda şəhərin Gülüstan - Göygöl yolunun genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində yolu iki hissəyə bölən səkilərin betonlanma prosesi davam edir.

Bununla yanaşı Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvəsi və texnikası vasitəsilə şəhərin Gəncə çay məcrasında genişmiqyaslı abadlıq işləri aparılır. Park-bulvar kompleksi boyunca çayın məcrası sel sularının gətirdiyi ağac qırıqları, yabanı bitkilər, kol və otlardan təmizlənir, axarı səliqəli şəkilə salınır.

Gəncədə abadlıq işləri davam edirGəncədə abadlıq işləri davam edirGəncədə abadlıq işləri davam edirGəncədə abadlıq işləri davam edirGəncədə abadlıq işləri davam edir


FOTO / VİDEO
VİDEO