/ / Gəncə Gənclər Evində könüllü gənclərlə onlayn görüş keçirilib

Gəncə Gənclər Evində könüllü gənclərlə onlayn görüş keçirilib

17 781 Baxış

Gəncə Gənclər Evində könüllü gənclərlə onlayn görüş keçirilib

Gəncə Gənclər evi pandemiya dövründə öz fəaliyyətini onlayn olaraq davam etdirməkdədir. Həftəlik və aylıq tədbirlər planı çərçivəsində tədbirlər və dərslər həyata keçirilir, eyni zamanda onlayn olaraq gənclərlə görüşlər hazırlanır.

ZOOM programı vasitəsilə keçirilən görüşdə Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Gəncə şəhər Gənclər və İdman baş idarəsinin sektor müdiri Rəşad Əlizadə, Gəncə Gənclər Evinin əməkdaşları və könüllüləri habelə, fəal gənclər iştirak ediblər.

Onlayn görüşdə Gənclər evinin pandemiya dövründəki fəaliyyəti, gənclərin təklifləri, sualları dinlənilib, növbəti fəaliyyət planı haqqında müzakirələr aparılıb. Gənclərin onlayn fəaliyyətlərdə yaxından iştirakı, təlimlərin təşkili, yeni layihələr üzərində iş, əməkdaşlıq fəaliyyətləri, habelə gələcək planları haqqında da geniş söhbətlər aparılıb.

Maraqlı keçən görüşdə fəal gənclərimizin fikirləri nəzərə alınaraq yeni layihələr ətrafında müzakirələr edilib.

FOTO / VİDEO
VİDEO