Gəncədə “PsixoYardım: Vətən müharibəsi iştirakçılarına psixo-sosial dəstək proqramı” çərçivəsində təlimlər keçirilib - VİDEO
Gülnar Fazilqızı
05-05-2023 16:35
88 Baxış
Gəncədə Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyi tərəfindən “PsixoYardım: Vətən müharibəsi iştirakçılarına psixo-sosial dəstək proqramı” çərçivəsində Yardım edənlərə bacarıq və vərdişlərin aşılanması” və “Özünə yardım bacarıq və vərdişlərinin aşılanması” mövzularında təlimlər keçirilib. Gəncə Dövlət Universitetində baş tutan təlimlərə dövlət işçiləri və vətən müharibəsi iştirakçıları cəlb ediliblər.
“Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kamil Həmidov ictimai birliyin fəaliyyəti, eləcə də layihənin məqsəd və vəzifələrindən söz açıb.
Daha sonra “Yardım edənlərə bacarıq və vərdişlərin aşılanması” təlimində müharibə iştirakçıları ilə daha çox təmasda olan dövlət qurumlarının əməkdaşları ilə ilkin psixoloji yardım vermə barədə danışılıb, Onlar MHPSS (Psixi Sağlamlıqda Psixo-Sosial Dəstək) ilə bağlı məlumatlandırılıblar.
“Özünə yardım bacarıq və vərdişlərinin aşılanması” təlimi zamanı isə müharibədə iştirak etmiş şəxslərlə söhbətlər aparılıb, psixoloji problemlərinin öhdəsindən gəlmələri üçün onlara xüsusi bacarıqlar aşılanıb.
Hər iki təlimin mövzusu ÜST, Beynəlxalq Qızıl Xaç Komitəsi kimi nüfuzlu beynəlxalq təşkilatların təlimçilər üçün nəzərdə tutulan təlim proqramını əhatə edir.
Sonda iştirakçılara kitabçalar, bukletlər, sertifikatlar, dəftərxana ləvazimatları və AzGranata şirkətinin məhsulları təqdim edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Dövlət Universitetinin əməkdaşları
Qeyd edək ki, layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Tərəfdaşları Gənclərin İnkişafı və Karyera Mərkəzi, Nəfəs Psixonevroloji Sağlamlıq Mərkəzi, AzGranata şirkətidir.