/ / Gəncədə Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub

Gəncədə Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub

54 Baxış

Gəncədə Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub

DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə Gəncə şəhərində yerləşən "İmamzadə" ziyarətgah dini kompleksi və şəhər ərazisində təyinatı üzrə fəaliyyət göstərən məscidlərdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ulu Öndərin ruhuna dualar oxunub. Xütbələr zamanı müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edilib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin formalaşmasında, çoxəsrlik adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsindəki müstəsna xidmətləri vardır. Məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasət nəticəsində Azərbaycanda dövlət-din münasibətləri inkişaf edib, ölkədə etiqad azadlığı yaranıb, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilir.

Xütbələrdən sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi təşkil edilib.

Gəncədə Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub
Gəncədə Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub
Gəncədə Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub

Gəncədə Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub

FOTO / VİDEO
VİDEO