/ / Gəncə Apellyasiya Məhkəməsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir məhkəmə-hüquq sisteminin banisidir” mövzusunda konfrans keçirilib

Gəncə Apellyasiya Məhkəməsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir məhkəmə-hüquq sisteminin banisidir” mövzusunda konfrans keçirilib

30 Baxış

Gəncə Apellyasiya Məhkəməsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir məhkəmə-hüquq sisteminin banisidir” mövzusunda konfrans keçirilib

Gəncə Apellyasiya Məhkəməsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir məhkəmə-hüquq sisteminin banisidir” mövzusunda konfrans keçirilib. Konfransda Gəncə Apellyasiya Məhkəməsinin və Gəncə şəhərində fəaliyyət göstərən birinci instansiya məhkəmələrinin sədr və hakimləri iştirak ediblər.

Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Qədirbilən Azərbaycan xalqı Ümummili Liderin 100 illik yubileyini böyük sevgi və təntənə ilə qeyd etməyi özünə borc bilir. Bunun səbəbi, sözsüz ki, Azərbaycanın taleyində mühüm rolu, vətən və xalq qarşısında müstəsna xidmətləri olmuş Ulu Öndərə olan ölməz millət sevgisidir. Sonra Mirbahəddin Hüseynov “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müasir məhkəmə-hüquq sisteminin banisidir” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda həmçinin “Ümummilli Lider Heydər Əliyev və hüquqi dövlət quruculuğu”, “Ulu Öndər Heydər Əliyevin məhkəmə-hüquq sisteminin təşəkkülü və inkişafında rolu”, “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarının yaradıcısıdır” və “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir məhkəmə-hüquq sisteminin banisidir ” mövzularında məruzələr dinlənilib.

Müzakirələr zamanı Ümummilli Lider Heydər Əliyevin bəşər tarixindəki yerindən, öz dövləti və doğma xalqı yolunda fədakar xidmətlərindən söhbət açılıb. Çıxışlarda vurğulanıb ki, Heydər Əliyev Azərbaycan dövlətinin tarixində və Azərbaycan xalqının qəlbində əbədiləşmiş bir şəxsiyyətdir. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, deyən Ulu Öndəri xalqımız da həmişə fəxrlə, qürur və dərin minnətdarlıq hissi ilə xatırlayacaq!

Gəncə Apellyasiya Məhkəməsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir məhkəmə-hüquq sisteminin banisidir” mövzusunda konfrans keçirilib
Gəncə Apellyasiya Məhkəməsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir məhkəmə-hüquq sisteminin banisidir” mövzusunda konfrans keçirilib
Gəncə Apellyasiya Məhkəməsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir məhkəmə-hüquq sisteminin banisidir” mövzusunda konfrans keçirilib
Gəncə Apellyasiya Məhkəməsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir məhkəmə-hüquq sisteminin banisidir” mövzusunda konfrans keçirilib
Gəncə Apellyasiya Məhkəməsində “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müasir məhkəmə-hüquq sisteminin banisidir” mövzusunda konfrans keçirilib

FOTO / VİDEO
VİDEO