/ / Gəncə Özbəkistanın Səmərqənd şəhəri ilə qardaşlaşıb

Gəncə Özbəkistanın Səmərqənd şəhəri ilə qardaşlaşıb

51 Baxış

 Gəncə Özbəkistanın Səmərqənd şəhəri ilə qardaşlaşıb

Daşkənddə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə I Özbəkistan-Azərbaycan Regionlararası Forumu keçirilib.

Bu məqsədlə İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistana səfər edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan nümayəndə heyətinin tərkibində yer alıb.

I Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində tərəflər arasında imzalan sənədlərə əsasən Azərbaycanla Özbəkistanın bir sıra şəhərləri, o cümlədən Gəncə ilə Səmərqənd qardaşlaşıb.

I Özbəkistan-Azərbaycan Regionlararası Forumunda iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, bu sazişin imzalanması şəhərlərimiz üçün mühüm hadisədir: “Bu sənəd iqtisadiyyat, ticarət, investisiya, turizm, səhiyyə, mədəniyyət və idman sahələrində əməkdaşlıq və təcrübə mübadiləsini nəzərdə tutur. Gələcəkdə biz yuxarıda qeyd olunan əlaqələri inkişaf etdirmək üçün şəhər nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsini təşviq edəcəyik. İmzalanan sənəd əsas sənaye sahələri üzrə şəhərlərimiz arasında təcrübə mübadiləsinə, həmçinin əməkdaşlıq üçün yeni perspektiv sahələrin inkişafına təkan verəcək”.

Niyazi Bayramov hər iki ölkə arasında mövcud olan əlaqələrin bundan sonra da dostluq və qardaşlıq şəraitində inkişaf edəcəyinə əmin olduğunu bildirib.

 Gəncə Özbəkistanın Səmərqənd şəhəri ilə qardaşlaşıb
 Gəncə Özbəkistanın Səmərqənd şəhəri ilə qardaşlaşıb
 Gəncə Özbəkistanın Səmərqənd şəhəri ilə qardaşlaşıb
 Gəncə Özbəkistanın Səmərqənd şəhəri ilə qardaşlaşıb

FOTO / VİDEO
VİDEO