Gəncədə “Məktəblilərin ixtisas seçiminə dəstək” layihəsi həyata keçirilib
Gülnar Fazilqızı
24-02-2023 14:37
58 Baxış
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "İdeyanı reallaşdır - 2022" qrant müsabiqəsinin qalibi olan “Məktəblilərin ixtisas seçiminə dəstək” layihəsi həyata keçirilmişdir. Gəncə şəhəri “N1 psixoloji Mərkəz”də icra olunan layihə zamanı karyera məsləhətçisi, təlimçi, eyni zamanda layihə rəhbəri Peykər İbrahimova tərəfindən 2 ay müddətində 9, 10, 11-ci sinif şagirdləri və I kurs tələbələri üçün təlim həyata keçirilib.
Layihənin məqsədi, ixtisas, peşə seçimində dəstəyə ehtiyacı olan şagirdlərə təkan vermək, onlarda ağıllı, düzgün məqsəd tərtib etmə və ünsiyyət bacarıqlarını, tənqidi təfəkkürü inkişaf etdirmək, həmçinin karyera məsləhətinə, mentor dəstəyinə ehtiyacı olan gənclərə, peşəkar dəstək xarakterli təlimlərin keçirilməsi və şəxsi inkişafın əsaslarını tədris etməkdir.
Layihənin tərəfdaşları YAP Gəncə şəhər təşkilatı, “N1 psixoloji mərkəz” Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsidir.