/ / Gəncədə “Dayanıqlı turizmdə gənclər şəbəkəsinin yaradılması üçün təlim kursu” layihəsi həyata keçirilib

Gəncədə “Dayanıqlı turizmdə gənclər şəbəkəsinin yaradılması üçün təlim kursu” layihəsi həyata keçirilib

171 Baxış

“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 17-20 fevral tarixlərində Gəncə şəhərində təşkil etdiyi “Dayanıqlı turizmdə gənclər şəbəkəsinin yaradılması üçün təlim kursu” layihəsi yekunlaşıb.

Layihənin məqsədi regionun turizm potensialını nəzərə alaraq bölgənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərlə bağlı gənclərin maarifləndirilməsi və həyata keçirilməsi prosesində gənclərin rolunun artırılması təşəbbüslərini dəstəkləmək və Dayanıqlı İnkişaf Məqsədlərini təbliğ etməkdir.

Dörd gün davam edən təlimlərə Gəncə şəhəri ilə yanaşı, Bakı və Mingəçevir şəhərləri, Xaçmaz, Balakən və Tovuz rayonlarında yaşayan turizm sahəsi üzrə təhsil alan və ya bu sahə ilə maraqlanan 18 gənc cəlb olunub.

Təlimlər zamanı gənclər turistlərin qarşılanması, yerləşdirilməsi; lazımi və praktiki məlumatların əldə olunması üçün istiqamətlərin müəyyən olunması; bələdçilik xüsusiyyətlərinin aşılanması; tur ərzində qonaqları müşayət etmək; kkskursiya proqramlarının hazırlanması və inkişafı; muzeylərə, təbiət qoruqlarına və turistləri maraqlandıran digər obyektlərə ekskursiyaların təşkil olunması; görməli yerlər haqqında nağıl etmə üsullarının inkişafı mövzuları ilə bağlı məlumatlar əldə edib, bu istiqamətdə olan bacarıqlar üzərində çalışmalar aparıblar. Təlim kursunun sonuncu günündə iştiraklar Gəncə şəhəri və ətrafında yerləşən tarixi yerlərə səfər zamanı təlim müddətində öyrəndiklərini praktiki olaraq tətbiq ediblər. Yekunda uğurla iştirak edən gənclərə sertifikat və hədiyyələr təqdim olunub.

“Dayanıqlı turizmdə gənclər şəbəkəsinin yaradılması üçün təlim kursu” layihəsi Gəncə Gənclər Evinin və Gəncə Destinasiya Menecment Təşkilatının tərəfdaşığı ilə həyata keçirilib.

Gəncədə “Dayanıqlı turizmdə gənclər şəbəkəsinin yaradılması üçün təlim kursu” layihəsi həyata keçirilib
Gəncədə “Dayanıqlı turizmdə gənclər şəbəkəsinin yaradılması üçün təlim kursu” layihəsi həyata keçirilib
Gəncədə “Dayanıqlı turizmdə gənclər şəbəkəsinin yaradılması üçün təlim kursu” layihəsi həyata keçirilib
Gəncədə “Dayanıqlı turizmdə gənclər şəbəkəsinin yaradılması üçün təlim kursu” layihəsi həyata keçirilib
Gəncədə “Dayanıqlı turizmdə gənclər şəbəkəsinin yaradılması üçün təlim kursu” layihəsi həyata keçirilib
Gəncədə “Dayanıqlı turizmdə gənclər şəbəkəsinin yaradılması üçün təlim kursu” layihəsi həyata keçirilib
Gəncədə “Dayanıqlı turizmdə gənclər şəbəkəsinin yaradılması üçün təlim kursu” layihəsi həyata keçirilib
Gəncədə “Dayanıqlı turizmdə gənclər şəbəkəsinin yaradılması üçün təlim kursu” layihəsi həyata keçirilib

FOTO / VİDEO
VİDEO