/ / Gəncədə “Heydər Əliyev İli” çərçivəsində istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub

Gəncədə “Heydər Əliyev İli” çərçivəsində istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub

45 Baxış

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, DİİXİ Hİ Gəncə şəhər komitəsinin təşəbbüsü, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi və Gəncə Uşaq Evinin iştirakı ilə İttifaq üzvlərinin övladlarının və Gəncə Uşaq Evi sakinlərinin əl işlərindən ibarət sərgi keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri, DİİXİ Hİ Gəncə şəhər komitəsinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

DİİXİ Hİ Gəncə şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva çıxış edərək, Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən söz açıb, Ulu Öndərin Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə balaca fidanlara göstərdiyi diqqət və qayğıdan danışıb.

Daha sonra uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib, balaca fidanların təqdimatında şeir, mahnı və rəqs nümunələri təqdim olunub.

Tədbirin sonunda hər iştirakçıya öz bilik və bacarığına görə qiymətli hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, sərgi AHİK-in və Respublika Komitəsinin tapşırığına əsasən Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə və 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə əlaqədar təşkil olunub.

Gəncədə “Heydər Əliyev İli” çərçivəsində istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub

Gəncədə “Heydər Əliyev İli” çərçivəsində istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub

Gəncədə “Heydər Əliyev İli” çərçivəsində istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub
Gəncədə “Heydər Əliyev İli” çərçivəsində istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub
Gəncədə “Heydər Əliyev İli” çərçivəsində istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub
Gəncədə “Heydər Əliyev İli” çərçivəsində istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub
Gəncədə “Heydər Əliyev İli” çərçivəsində istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub
Gəncədə “Heydər Əliyev İli” çərçivəsində istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub
Gəncədə “Heydər Əliyev İli” çərçivəsində istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub

FOTO / VİDEO
VİDEO