/ / Gəncədə “Elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi” mövzusunda tədbir keçirilib

Gəncədə “Elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi” mövzusunda tədbir keçirilib

90 Baxış

Gəncədə “Elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi” mövzusunda tədbir keçirilib

Gəncə şəhərində, 12-13 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən icra edilən “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi” mövzusunda tədbir həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin İdarə heyətinin sədri Mehman Xəlilov layihənin məqsəd və vəzifələri, həyata keçiriləcək fəaliyyətlər və gözlənilən nəticələr barəsində tədbir iştirakçılarını məlumatlandırıb.

İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, kitabxana istifadəçilərinin elektron informasiya və bilik resursları ilə təmin edilməsi üçün kitabxana fondlarının rəqəmsallaşdırılmasının və region kitabxanalarının əməkdaşlarının elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi sahəsində bilik və bacarıqlarının artırılmasınin vacibliyi barəsində çıxış edən Mehman Xəlilov tədbir iştirakçılarına uğurlar arzulayıb.


Gəncə şəhərinin Mərkəzi kitabxanasında təşkil edilən təlimin məruzəçi eksperti, Azərbaycan Milli Kitabxanasının Elektron kitabxananın inkişafı şöbəsinin müdiri Lalə Ağayevanın aparıcılığı ilə Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının 18 nəfər kitabxana əməkdaşlarına layihə çərçivəsində “Elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi” mövzusunda təlim keçirilib.

Sonda iştirakçılar tərəfindən təlimin ümumi qiymətləndirilməsi, həmçinin elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, məqsəd kitabxanaların əməkdaşlarının elektron kitabxana resurslarının yaradılması və idarə edilməsi sahəsində bilik və bacarıqlarının artırılmasından ibarət olub.

Gəncədə “Elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi” mövzusunda tədbir keçirilib
Gəncədə “Elektron kitabxana fondlarının yaradılması və idarə edilməsi” mövzusunda tədbir keçirilib

FOTO / VİDEO
VİDEO