/ / Gəncədə şəhidlərin xatirəsinə həsr olunan idman turniri keçirilib

Gəncədə şəhidlərin xatirəsinə həsr olunan idman turniri keçirilib

145 Baxış

Gəncədə şəhidlərin xatirəsinə həsr olunan idman turniri keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və “Murov” Boks İdman Klubunun təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü” ilə əlaqədar Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinə həsr edilən turnir keçirilib. Yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə keçirilən açıq turnirdən əvvəl iştirakçılar Gəncənin Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canından keçən igidlərin məzarları üzərinə tər çiçəklər düzüblər.

Gəncədə şəhidlərin xatirəsinə həsr olunan idman turniri keçirilib
Gəncədə şəhidlərin xatirəsinə həsr olunan idman turniri keçirilib
Gəncədə şəhidlərin xatirəsinə həsr olunan idman turniri keçirilib
Gəncədə şəhidlərin xatirəsinə həsr olunan idman turniri keçirilib

Gəncə Olimpiya Kompleksində baş tutan turnirin açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Həmid Nəsirov, “Murov” Boks İdman Klubunun icraçı direktoru Xəyal Hacızadə, şəhid valideynləri, müharibə iştirakçıları, şəhərin idman ictimaiyyətinin üzvləri iştirak ediblər.

Gəncə Olimpiya Kompleksində baş tutan turnirdə Gəncə şəhəri və ətraf rayonlardan ümumilikdə 10 komanda yer alıb.

“Murov” Boks İdman Klubunun yetirmələri komanda hesabında 1-ci yerə layiq görülüblər.

Qaliblər medal və diplomlarla təltif ediliblər.

Gəncədə şəhidlərin xatirəsinə həsr olunan idman turniri keçirilib
Gəncədə şəhidlərin xatirəsinə həsr olunan idman turniri keçirilib
Gəncədə şəhidlərin xatirəsinə həsr olunan idman turniri keçirilib
Gəncədə şəhidlərin xatirəsinə həsr olunan idman turniri keçirilib
Gəncədə şəhidlərin xatirəsinə həsr olunan idman turniri keçirilib
Gəncədə şəhidlərin xatirəsinə həsr olunan idman turniri keçirilib

FOTO / VİDEO
VİDEO