/ / Gəncədə "Sosial aləm nifrət nitqi və bullinqə qarşı" layihənin icrasına başlanılıb

Gəncədə "Sosial aləm nifrət nitqi və bullinqə qarşı" layihənin icrasına başlanılıb

216 Baxış

Gəncədə "Sosial aləm nifrət nitqi və bullinqə qarşı" layihənin icrasına başlanılıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vl qrant müsabiqəsi”nin qalibi olan "Sosial aləm nifrət nitqi və bullinqə qarşı" adlı layihəsinin açılış mərasimi keçirilib. Gəncə şəhər 30 nömrəli tam orta məktəbdə baş tutan açılış mərasimində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəsmiləri, Gəncə şəhərində fəaliyyət göstərən tam orta məktəblərin direktorları, psixoloqlar və digər aidiyyəti şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə şəhər 30 nömrəli tam orta məktəbin direktoru, "Sosial aləm nifrət nitqi və bullinqə qarşı" layihəsinin rəhbəri Vüsal Həsənov, təlimçi Rəna Seyidova, koordinator Leyla Əliyeva layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Qeyd olunub ki, layihənin əsas məqsədi cəmiyyətdə mövcud olan bullinq (qısnama və zorakılıq) hallarının sayının azalmasına yardımçı olmaqdır. Çıxış edənlər bullinqin növləri, onların şagirdlərə təsiri və bullinqə qarşı həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat veriblər.

Tədbir zamanı bullinq və onun növləri barədə məlumatların əks olunduğu bukletlər paylanılıb, videoçarx nümayiş olunub.

Qeyd edək ki, layihənin icra müddəti 3 aydır. Layihə çərçivəsində Gəncə şəhərinin 10, 19, 28, 30, 31, 39 nömrəli tam orta məktəblərdə şənbə və bazar günləri, gündə 4 qrup olmaqla təlimlər keçiriləcək. Layihənin davamı olaraq buillinqlə bağlı sərgi, esse və “Kahoot” yarışları təşkil ediləcək.

Gəncədə "Sosial aləm nifrət nitqi və bullinqə qarşı" layihənin icrasına başlanılıb
Gəncədə "Sosial aləm nifrət nitqi və bullinqə qarşı" layihənin icrasına başlanılıb
Gəncədə "Sosial aləm nifrət nitqi və bullinqə qarşı" layihənin icrasına başlanılıb
Gəncədə "Sosial aləm nifrət nitqi və bullinqə qarşı" layihənin icrasına başlanılıb
Gəncədə "Sosial aləm nifrət nitqi və bullinqə qarşı" layihənin icrasına başlanılıb
Gəncədə "Sosial aləm nifrət nitqi və bullinqə qarşı" layihənin icrasına başlanılıb
Gəncədə "Sosial aləm nifrət nitqi və bullinqə qarşı" layihənin icrasına başlanılıb
Gəncədə "Sosial aləm nifrət nitqi və bullinqə qarşı" layihənin icrasına başlanılıb
Gəncədə "Sosial aləm nifrət nitqi və bullinqə qarşı" layihənin icrasına başlanılıb


FOTO / VİDEO
VİDEO