Şəhid Üzeyir Əliyevin nəşi Göygöl rayonuna yola salınıb
Gülnar Fazilqızı
14-09-2022 12:50
208 Baxış
Gəncə şəhərinin "Qızıl Qaya" yaşayış massivində yaşayan şəhid Əliyev Üzeyir Sabir oğlu ilə vida mərasimi təşkil olunub.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Millət vəkili Pərvin Kərimzadə, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, həmçinin hüquq-mühafizə orqanlarının rəhəbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və şəhidlərin yaxınları iştirak ediblər.
Şəhid Əliyev Üzeyir Sabir oğlunun nəşi Göygöl rayonuna yola salınıb. O, Göygölün Şəhidlər xiyabanında torpağa tapşırılıb.