/ / Niyazi Bayramov II Milli Yaylaq Festivalına hazırlıq işləri ilə tanış olub

Niyazi Bayramov II Milli Yaylaq Festivalına hazırlıq işləri ilə tanış olub

202 Baxış

Niyazi Bayramov II Milli Yaylaq Festivalına hazırlıq işləri ilə tanış olub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu gün Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında olub. Şəhər rəhbəri II Milli Yaylaq Festivalının keçiriləcəyi ərazini gəzərək, hazırlıq işləri ilə maraqlanıb.

“Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov görülən işlər barədə ətraflı məlumat verib. O bildirib ki, hazırda II Milli Yaylaq Festivalının keçiriləcəyi etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, “Yaylaq (k/t) bazarı”, “Sənətkarlıq güşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (k/t heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər tematik sahələr qurulur.

Niyazi Bayramov ərazini gəzərək, burada çalışan işçi və könüllülərlə söhbət edib. Daha sonra Xan yaylağının üst hissəsində yerləşən Cavad xan zirvəsi ziyarət olunub.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti II Milli Yaylaq Festivalının rəsmi tərəfdaşlarından biridir. II Milli Yaylaq Festivalının 29-31 iyul tarixlərinə keçirilməsi nəzərdə tutulur. Festivala yerli iştirakçılarla yanaşı, 22 xarici ölkədən 300-ə yaxın iştirakçının və fəxri qonaqların dəvəti planlaşdırılır.

FOTO / VİDEO
VİDEO