/ / Gəncədə 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub

Gəncədə 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub

17 Baxış

Gəncədə 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, DİİXİHİ Gəncə şəhər komitəsinin təşkilatçılığı ilə 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin Baş meydanındakı abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, ötən illərin ən vacib hadisəsi torpaqlarımızın işğaldan azad olunması olub. Bu Qələbə Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, diplomatik sahədə əldə etdiyi uğurlar və Ordumuzun gücü, qüdrəti sayəsində əldə olunub. Artıq Qarabağda uğurla bərpa prosesi aparılırdığını qeyd edən şəhər rəhbəri, bu işdə dövlət başçısının ətrafında sıx birləşərək dəstək olmağı diqqətə çatdırıb. İcra başçısı bayram münasibətilə kollektiv üzvlərini təbrik edib, onlara uğurlar arzulayıb.

DİİXİHİ Gəncə şəhər komitəsinin sədri Ülviyyə Vəliyeva bildirib ki, bu gün Dövlət qulluqçularının peşə bayramı günü ilə yanaşı həm də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Respublika Komitəsinin yaranması günüdür. Komitə sədri bu münasibətlə DİXİRK-in sədri Hikmət Osmanovun adından dövlət qulluqçularını təbrik edib, onlara işlərində müvəffəqiyyətlər diləyib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev göstərilən diqqətə görə dövlət qulluqçuları adından Prezident İlham Əliyevə və şəhər rəhbərinə öz minnətdarlığını bildirib. O, qeyd edib ki, həyatını, bütün mənalı ömrünü bu sahəyə həsr edən insanlar böyük rəğbətə, dərin hörmətə və ehtirama layiqdirlər.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Kəpəz Rayon İcra Hakimiyyətinin əməkdaşları İradə Atai dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi”, Natiq Binnətov isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif ediliblər. Bu münasibətlə şəhər rəhbəri oları təbrik edib və işlərində uğurlar arzulayıb.

Daha sonra DİİXİHİ Gəncə şəhər komitəsinin adından bir qrup dövlət qulluqçusuna səmərəli əmək fəaliyyətinə görə Diplomlar təqdim olunub.

Qeyd edək ki, Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Gəncədə 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
Gəncədə 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
Gəncədə 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
Gəncədə 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
Gəncədə 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
Gəncədə 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub

FOTO / VİDEO
VİDEO