/ / Gəncədə “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib

Gəncədə “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib

24 Baxış

Gəncədə “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhər 2 saylı “ASAN Xidmət” mərkəzində “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavinləri Elmar Fətəliyev və Faiq Əsgərov, Gənclər və İdman Baş idarəsinin rəisi Həmid Nəsirov, Gəncə şəhər 2 saylı “ASAN Xidmət” mərkəzinin rəhbəri Arzu Qocayev və gənc könüllülər iştirak ediblər.

Əvvəlcə Arzu Qocayevin bələdçiliyi ilə bu il Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Gəncə şəhər 2 saylı 2 saylı “ASAN Xidmət” mərkəzinin fəaliyyət istiqaməti və strukturu barədə iştirakçılara ətraflı məlumat verilib.

Daha sonra tədbir iştirakçılarının “15 İyun - Milli Qurtuluş Günü” ilə bağlı çıxışları dinlənilib.
Çıxışlarda “15 İyun - Milli Qurtuluş Günü”nün tarixi önəmindən danışılıb. Həmçinin, ümummilli lider Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi xilaskarlıq missiyası, əsasını qoyduğu dövlət-din münasibətləri, milli - mənəvi və dini dəyərlər sahəsində həyata apardığı mütərəqqi islahatlar haqqında ətraflı məlumat verilib.

Gəncədə “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib
Gəncədə “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib
Gəncədə “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib
Gəncədə “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib
Gəncədə “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib
Gəncədə “15 İyun - Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib

FOTO / VİDEO
VİDEO