/ / Gəncədə Ekoloji Park Kompleksi yaradılır

Gəncədə Ekoloji Park Kompleksi yaradılır

45 Baxış

Gəncədə Ekoloji Park Kompleksi yaradılır

Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehaslat Birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində Ekoloji Park Kompleksi salınır. Fərqli dizaynı ilə seçilən kompleksdə sakinlərin rahatçılığı üçün hər cür şərait yaradılacaq.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsinə baş çəkərək burada yaradılacaq Ekoloji Park Kompleksinin hazırlıq işləri ilə yaxından tanış olub.

Şəhər rəhbərinə məlumat verilib ki, Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edəcək. Burada müxtəlif növ gül-çiçək, eləcə də ağac tinqləri yetişdiriləcək. Burada həmçinin əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri və s. yerləşdirilməsi planlaşdırılır. Kompleksdə müxtəlif növ balıqların saxlanılması üçün akvariumun da quraşdırılması nəzərdə tutulub..

Niyazi Bayramov Ekoloji Park Kompleksinin inşası üçün nəzərdə tutulan əraziyə baxış keçirib və müavafiq tapşırıqlar verib.

Qeyd edək ki, Gəncə şəhərində ümumilikdə 14 park və istirahət güşəsi var ki, bu məkanların yaşıllıqlarla təmin edilməsi üçün MKTİB-in gülçülük təsərrüfatında 30 növdə 60 minə yaxın gül-çiçək və 20 növdə ağac yetişdirilir.

Gəncədə Ekoloji Park Kompleksi yaradılır
Gəncədə Ekoloji Park Kompleksi yaradılır
Gəncədə Ekoloji Park Kompleksi yaradılır
Gəncədə Ekoloji Park Kompleksi yaradılır
Gəncədə Ekoloji Park Kompleksi yaradılır
Gəncədə Ekoloji Park Kompleksi yaradılır
Gəncədə Ekoloji Park Kompleksi yaradılır

FOTO / VİDEO
VİDEO