/ / Ölkənin ən böyük intellektual turnirinin zona finalları başa çatıb

Ölkənin ən böyük intellektual turnirinin zona finalları başa çatıb

74 Baxış

Ölkənin ən böyük intellektual turnirinin zona finalları başa çatıb

Respublikanın 57 şəhər və rayonunu əhatə edən ölkənin ən böyük intellektual turnirinin zona finalları başa çatıb. 16 qalib region komandalası final mərhələsinə vəsiqə qazanıb. 9 may tarixindən start verilən və 4 turdan ibarət olan seçimlərdə ümumilikdə 1200-ə yaxın komanda və 6 mindən artıq gənc öz intellektual gücünü sınayıb. Gərgin bilik mübarizəsinin sonunda isə 40 komanda və 240 gənc 18-19 iyun tarixlərində Bakıda keçiriləcək möhtəşəm final mərhələsində iştirak edəcək. Turnir çərçivəsində “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq” və “Erudit Kvartet” oyunları keçiriləcək.

Turnirin məqsədi Azərbaycan gənclər siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual potensialının inkişafı, onların asudə vaxtlarının faydalı təşkili, eyni zamanda Prezident İlham Əliyev tərəfindən elan edilən “Şuşa ili” çərçivəsində Qarabağımızın, xüsusilə də mədəniyyət beşiyimizin zəngin irsi haqqında gənclərin maarifləndirilməsidir.

“İntellektual Klubların Gənclər Liqası” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Badamlı” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.

“Facebook” sosial şəbəkəsində yaradılmış "İntellektual Klubların Gənclər Liqası" qrupuna qoşularaq turnirə dair ən son yeniliklərdən məlumatlı ola bilərsiniz.

Ölkənin ən böyük intellektual turnirinin zona finalları başa çatıb
Ölkənin ən böyük intellektual turnirinin zona finalları başa çatıb
Ölkənin ən böyük intellektual turnirinin zona finalları başa çatıb
Ölkənin ən böyük intellektual turnirinin zona finalları başa çatıb
Ölkənin ən böyük intellektual turnirinin zona finalları başa çatıb
Ölkənin ən böyük intellektual turnirinin zona finalları başa çatıb
Ölkənin ən böyük intellektual turnirinin zona finalları başa çatıb

FOTO / VİDEO
VİDEO