/ / Gəncə Dövlət Universitetində “Açıq qapı günü” keçirilib

Gəncə Dövlət Universitetində “Açıq qapı günü” keçirilib

47 Baxış

Gəncə Dövlət Universitetində “Açıq qapı günü” keçirilib

Gəncə Dövlət Universitetində yaz semestr imtahanlarının gedişi ilə tanış olmaq üçün “Açıq qapı” günü keçirilib. “Açıq qapı günü”nd' universitetdə təhsil alan tələbələrin valideynləri, qeyri hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri imtahan otaqlarını gəzib, yaradılan şəraitlə yaxından tanış olub, tələbələrin kömpüterdə test suallarına cavab vermələrini müşahidə ediblər.

“Açıq qapı günü”ndə iştirak edən universitetin elmi işlər üzrə prorektoru Pərvin Kərimzadə və humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qonaqlara imtahanlara hazırlığın vəziyyəti ilə bağlı ətraflı məlumat veriblər. Daha sonra universitetin tədris işləri üzrə prorektoru Şahin Xurşudov imtahanların obyektiv və şəfaf keçirilməsi üçün yaradılan şərait, tələbələrin imtahanlarla bağlı şikayətlərini və narazılıqlarını araşdırmaq üçün yaradılmış “Apelyasiya komissiyası”nın və “İmtahan qərargahı”nın fəaliyyəti barədə qonaqları məlumatlandırıb.

Müasir texniki vasitələrlə təchiz edilmiş imtahan otaqları, hər tərəfdə hökm sürən sakitlik və nəzarətçilərin fəaliyyəti razılıqla qarşılanıb.

“Açıq qapı” günündə 20-yə yaxın valideyn iştirak edib. Gəncə şəhərindən və ətraf rayonlardan gəlmiş valideynlər Saleh Abbasov, Vasif Verdiyev, Teymur Kərimli, Asif Tağıyev və başqaları imtahanların gedişatından razı qaldıqlarını bildirib, burada təhsil alan övladlarının biliklərinin obyektiv və şəffaf qiymətləndirilməsi üçün göstərilən qayğıya görə universitet rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər. Qarabağ qazisi Mehdi Kərimov universitetdə təhsil alan iki övladına göstərilən qayğıdan danışaraq, öz razılığını bildirib.

Sonra “Açıq qapı günü”nün iştirakçıları 44 günlük Vətən müharibəsində həm şəhid olmuş, həm də qazi adını almış universitet tələbələrinin şəkillərindən ibarət guşəyə baxış keçirdikdən sonra ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilib.

Gəncə Dövlət Universitetində “Açıq qapı günü” keçirilib
Gəncə Dövlət Universitetində “Açıq qapı günü” keçirilib
Gəncə Dövlət Universitetində “Açıq qapı günü” keçirilib
Gəncə Dövlət Universitetində “Açıq qapı günü” keçirilib
Gəncə Dövlət Universitetində “Açıq qapı günü” keçirilib
Gəncə Dövlət Universitetində “Açıq qapı günü” keçirilib

FOTO / VİDEO
VİDEO