/ / Dahi şəxsiyyət Heydər Əliyevin Gəncə səfərləri - FOTO

Dahi şəxsiyyət Heydər Əliyevin Gəncə səfərləri - FOTO

56 Baxış

Dahi şəxsiyyət Heydər Əliyevin Gəncə səfərləri -

Ulu Öndər Heydər Əliyev Gəncənin Azərbaycan tarixində yerini və mövqeyini yaxşı bilirdi. Bəlkədə bu səbəbdən idi ki, Nizami yurdunu daim diqqətdə saxlayırdı. Hədəf Gəncənin iqtisadi potensialının gücləndirilməsi, gələcəyə yönəlik layihələrin icrası idi. SSRİ də öz sözünü deyən Gəncə müəssisələrinin əksəriyyətinin əsası Heydər Əliyevin adı ilə bağlı idi. XX əsrin 70-80-ci illərində şəhərdə bir çox zavod və fakriklərin fəaliyyəti genişləndirilmiş, yeni sənaye müəssisələri açılmış, təhsil, səhiyyə və bir sıra mədəniyyət ocaqları istifadəyə verilmişdi. Ümumilikdə Heydər Əliyevin Gəncəyə işgüzar səfərlərini iki mərhələyə ayırmaq olar. Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olduğu 1969-1982 –ci illər və Azərbaycan Respublikasının prezidenti olduğu 1993-2003 cü illər. Birinci mərhələdə Heydər Əliyevin Gəncəyə 4 səfəri reallaşıb.

1970-ci il, aprel Heydər Əliyev Gəncəyə ilk işgüzar səfərini edir. Şəhərin həyatı ilə ətraflı tanış olur, müəssisələri gəzir, ziyalılarla görüşür. Durğunluğun səbəblərini araşdırır, yüksəlişin yollarını müəyyən edir. Məqsəd strateji baxımdan əhəmiyyətli mövqeyə sahib olan şəhərin sənaye və tikinti potensialının gücləndirilməsi olur. Bu səfərin nəticələri növbəti illərdə aydın görünür.

1977-ci il, noyabr Heydər Əliyevin Azərbaycan Elmi Təhqiqat Pambıqçılıq İnstitutuna qırmızı əmək bayrağı ordeni təqdim etdiyi il. Gəncədə artıq sənaye yönümlü bir sıra layihələr reallaşdırılır, iri sənaye obyektləri istifadəyə verilir. Həmin il Heydər Əliyev Xalça Mahud Kombinatının ikinci növbəsinin açılışını edir.

1980-ci il 80- ci ildə Heydər Əliyev Gəncəyə iki səfər reallaşdırır. İyul ayında baş tutan səfərdə şəhərdə iri həcmli sərnişin təyyarəlrini qəbul etmək imkanı yaradan Gəncə hava limanının genişləndirilməsi məsələsi öz həllini tapır. Yeni uçuş xətləri açılır və Gəncənin SSR şəhərləri ilə əlaqə şəbəkəsi daha da genişləndirilir. Növbəti səfər dekabr ayında baş tutur. Həmişə olduğu kimi bu dəfə də Heydər Əliyev şəhərin sənaye müəssisələrinə baş çəkir, kollektivlərilə görüşür, müvafiq qərarlar qəbul edir. Öz təşəbbüsü ilə tikilmiş “Büllur” zavodunda olur. Zavodla tanışlıqdan sonra şəhər əhalisi, fəallar ilə təəssüratlarıını bölüşür. Ardınca onun təşəbbüsü ilə salınmaqda olan “Xatirə” parkına baş çəkir. Təbiətə vurğunluğu sarıdan yenə şəxsi nümunə göstərir: “Mənə çinar tingi verin. Çinar həm Gəncənin, həm də Azərbaycanın rəmzidir”-deyib iki çinar əkir. Hazırda həmin çinarlar Heydər Əliyevin adını daşıdığı parkda qol-budaq atıb, yaraşığı, əzəməti, məğrur görkəmi ilə görənləri heyran edir. Bu səfər zamanı Heydər Əliyev “Şərəf nişanı” ordenini təqdim etmək üçün Kənd Təsərrüfatı İnstitutunda, hazırki Azərbaycan Dövlət Aqrar Universitetində olur. Bu, Heydər Əliyevin Gəncəyə Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olaraq etdiyi son səfər olur.

Yaşanan tarixi hadisələr Heydər Əliyevi Gəncəyə bir də 13 il sonra gətirir. 1993-cü il, 10 iyun Əslində, qayıdışın, qurtuluşun bünövrəsi məhz Gəncədə qoyulmuşdu. 1993-cü ilin qanlı-qadalı 4 iyun günləri… O dövrün naşı rəhbərlərinin təqsiri üzündən Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsilə üz-üzəydi. Belə ağır günlərdə Heydər Əliyevin müdrikliyi, sərkərdə qüdrəti bir daha özünü göstərir. Vətəndaş müharibəsinin qarşısı alınır. Heydər Əliyev Azərbaycan respublikasının prezidenti seçildikdən sonra da ilk işgüzar səfərini Gəncəyə edir.

1993-cü il, 13 dekabr Həmin gün Ulu Öndər şəhər sakinləri və fəalları ilə birlikdə müstəqil Azərbaycan dövlətinin inkişafı, şəhərin iqtisadiyyatının dirçəldilməsi, bazar iqtisadiyyatına keçid, ölkə daxilində sabitliyin qorunması yolunda təxirəsalınmaz tədbirləri müzakirə edir, azad bazar iqtisadiyyatı şəraitində şəhərdə sahibkarlığın inkişafı perspektivləri barədə dəyərli tövsiyələrini verir. 1998-ci, 7 okyabr Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti və 1998-ci il prezident seçkilərində namizədi kimi Gəncə seçicilərilə görüşmək üçün şəhərə növbəti səfərini edir. Bu səfər zamanı ali baş komandan Gəncə qarnizonunun əsgər və zabitlərilə də görüşür. Şəhərin mərkəzi meydanında isə Gəncə və ətraf rayonların seçicilərilə görüş keçirir.

2000-ci il, 23-24 may Bu səfərdə Heydər Əliyev şəhər təsərrüfatının bir sıra sahələrində vəziyyətin günün tələblərinə cavab vermədiyini sezir. Təbii qazın, su və elektrik enerjisinin təchizatında qüsurları aradan qaldırmağa çalışır, bu sahədə işlərin canlandırılması üçün müvafiq təşkilatlara konkret tapşırıqlar verir. Çox keçmir ki, şəhərdə infrastruktur yaxşılaşdırılır.

2002-ci il, 12-13 sentyabr İki il sonra isə Heydər Əliyev Gəncədə Olimpiya İdman Kompleksinin açılışında iştirak edir. Şəhər ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi müşavirədə şəhərin social iqtisadi vəziyyətini təhlil edir. Şəhərin həyatında yeni inkiafın başlanğıcını qoyan bu səfər Heydər Əliyevin Gəncəyə son səfəri olur.

Dahi şəxsiyyət Heydər Əliyevin Gəncə səfərləri -
Dahi şəxsiyyət Heydər Əliyevin Gəncə səfərləri -
Dahi şəxsiyyət Heydər Əliyevin Gəncə səfərləri -
Dahi şəxsiyyət Heydər Əliyevin Gəncə səfərləri -
Dahi şəxsiyyət Heydər Əliyevin Gəncə səfərləri -
Dahi şəxsiyyət Heydər Əliyevin Gəncə səfərləri -
Dahi şəxsiyyət Heydər Əliyevin Gəncə səfərləri -
Dahi şəxsiyyət Heydər Əliyevin Gəncə səfərləri -

FOTO / VİDEO
VİDEO