/ / Xalq yazıçısı Çingiz Abdullayev Gəncədə oxucuları ilə görüşüb

Xalq yazıçısı Çingiz Abdullayev Gəncədə oxucuları ilə görüşüb

95 Baxış

Xalq yazıçısı Çingiz Abdullayev Gəncədə oxucuları ilə görüşüb

Gəncədə Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin yeni nəşr olunan "Oliqarx" seriyasının təqdimatı və imza günü keçirilib. Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, KİV nümayəndələri və dedektivsevərlər iştirak ediblər.

Maraqlı müzakirələr, sual-cavab, səmimi söhbət şəraitində keçən görüş zamanı Çingiz Abdullayev təqdimatı keçirilən Oliqarx" seriyası barəsində öz fikirlərini bölüşüb.

"Adətən kitabın qəhrəmanını mənə bənzədirlər. Lakin mən heç vaxt oliqarx olmamışam. İnsanın çətin vəziyyətə düşəcəyi zaman özünü necə aparacağı məni hər zaman düşündürüb. Əgər, hər hansı bir şəxs anidən milyonçu olarsa o, xoşbəxt olur, ya yox? Mənim fikrimcə olmur. Pul yaşamaq üçün insana kömək edə bilər, lakin heç vaxt xoşbəxt edə bilməz. Bu, mənim şəxsi fikrimdir" - deyə yazıçı bildirib.

"Oliqarx" seriyasından gələn gəlir müəllif tərəfindən "YAŞAT" Fonduna ianə ediləcək. Bu barədə söz açan Xalq yazıçısı 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz Zəfərdən də danışıb. “Biz, xalq olaraq, heç vaxt məğlubiyyətlə razılaşmamışıq”- deyən yazıçı, Qarabağı görməyən, lakin bütün varlığı ilə Vətənini, torpağını sevən gənc qəhrəmanların sayəsində qələbə əldə etdiyimizi qeyd edib. O, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyib.

Söhbət zamanı yazıçı gənc oxuculara bir sıra tövsiyələr də verib. Onlara daim mütaliə ilə məşğul olmağı, savadlı mütəxəssis kimi yetişməyi və gələcəkdə Vətənimiz naminə daha böyük işlərə imza atmaqlarını tövsiyə edib.

Xatırladaq ki, Çingiz Abdullayev ədəbi fəaliyyətə tələbəlik dövründən başlayıb. Rus, ingilis, italyan dillərində sərbəst danışır. "Şöhrət" ordenli böyük alim Azərbaycan Yazıçılar Birliyinin katibi, dünyada məşhur dedektiv yazıçısı və publisistdir. 194 kitabın müəllifi olan yazıçının 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb.

Qeyd edək ki, 2007-ci ildə “Eksmo” (“Эксмо”) nəşriyyatında rus dilində çap olunan kitab bu il "Teas Press" Nəşriyyat evində Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim olunub. Təqdimat “LIBRAFF” kitab mağazaları şəbəkəsinin Gəncə fillialında gerçəkləşib. Kitab kasıb jurnalist Rinat Şaripovun qəfildən milyarderə çevrilməsindən bəhs edir.

Xalq yazıçısı Çingiz Abdullayev Gəncədə oxucuları ilə görüşüb
Xalq yazıçısı Çingiz Abdullayev Gəncədə oxucuları ilə görüşüb
Xalq yazıçısı Çingiz Abdullayev Gəncədə oxucuları ilə görüşüb
Xalq yazıçısı Çingiz Abdullayev Gəncədə oxucuları ilə görüşüb
Xalq yazıçısı Çingiz Abdullayev Gəncədə oxucuları ilə görüşüb
Xalq yazıçısı Çingiz Abdullayev Gəncədə oxucuları ilə görüşüb

FOTO / VİDEO
VİDEO